Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ranikot qalası
Ranikot qalası (Sindhi: رني ڪوٽ, Urdu: قِلعہ رانی کوٹ) (Rannikot kimi də tanınır) Pakistanın Sind əyalətinin Camşoro dairəsində, Sann yaxınlığında tarixi Talpur qalasıdır. Rannikot qalası həm də Sindin Böyük səddi kimi də tanınır və bəzi məlumatlara görə dünyanın ən böyük qalasıdır. Ətrafı ilə birlikdə təxminən 32 km-dir. Bu qalanın divarları Böyük Çin səddi ilə müqayisə olunur. 1993-cü ildə Pakistan Milli Komissiyası tərəfindən YUNESKO-nun dünya mədəni irsi statusuna namizəd irəli sürülüb və həmin vaxtdan eitbarən YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Rannikot qalası 1975-ci ildə Pakistanın tarixi abidələri siyahısına daxil edilib. == Yerləşmə yeri == Rannikot qalası Heydərabad şəhərindən 90 km şimalda, Hind şossesi yanında (N55) yerləşir. Bu qalaya Kəraçidən də asanlıqla çatmaq mümkündür. == Tarixi == Rannikot qalasının ilkin təyinatı və memarları məlum deyil. Əvvəl belə bir fikir var idi ki, qala Sasanilərin, skiflərin, parfiyalıların və Baktriya yunanlarının hakimiyyəti dövründə inşa edilib, lakin daha sonra məlum oldu ki, Rannikot qalası Talpur sülaləsi zamanında bina edilib.
Amblyseius animos
Amblyseius animos (lat. Amblyseius animos) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius animos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.