Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qastrit
Qastrit - mədənin selikli qişasında iltihabi və ya iltihabi-distrofik dəyişiklikləri ilə müşayət olunan, adətən uzunmüddətli gedişə malik xəstəliyidir. Qastrit morfoloji diaqnoz sayılır. Həkim, mədə selikli qişasının bioptatının morfoloji tədqiqatı olmadığı hallarda digər müvafiq müayinələrin nəticələrinə və xəstənin şikayətlərinə əsasən ancaq "funksional dispepsiya" diaqnozu qoya bilər. Qastrit gedişinə görə kəskin və xroniki olar bilər . ===== Kəskin qastrit ===== Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır : Kataral və ya sadə qastrit - çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır . Fibrinoz qastrit - adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır . Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) - ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır. Fleqmonoz ( irinli ) qastrit - ağır gedişli Xora xəstəliyindən, xərçəng xəstəliyindən , bəzi infeksion xəstəliklərdən və travmalardan sonra yaranır. ===== Xroniki qastrit ===== daha çox rast gəlinir və əsas olaraq 3 tipə ayrılır ( Hyuston klassifikasiyasına görə ) A - autoimmun qastrit B - bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli ) C - reflüks qastrit ( adətən öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır ) Bundan başqa daha az rast gəlinən xronik qastrit tiplərinə - eozinofil , limfositar, qranulematoz və radiason qastritlər aiddir. Bundan başqa qastritləri mədə turşusunun səviyyəsinə görə - hiperasid, hipoasid, anasid tip qastritə, zədələnmə nahiyələrinə görə - panqastrit, antral qastrit , fundal qastrit , selikli qişadakı morfoloji dəyişiklərlə görə isə şərti olaraq - hipertrofik, hipotrofik, atrofik qastritlərə bölürlər.
Sanskrit
Sanskrit (Devanagari: संस्कृत ) saṃskṛtam [sə̃skɹ̩t̪əm], mənşəcə संस्कृता वाक् saṃskṛtā vāk, "lətif danışıq") — Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dilidir. == Etimologiyası == Sanskrit sözü cilalanmış, düzənlənmiş, qüsursuzlaşdırılmış mənasını verir.
Aşarit
Aşarit — mineral, Mg[HBO3] == Haqqında == Aşarit - Rombik. Habitus. Lifli, iynəvari, təbaşirəbənzər. Rəngi ağ. Sərtliyi 3,5. Xüsusi çəkisi 2,68. Boratların çökmə yataqlarında, duzlu süxurlarda; metasomatik yataqlarda lüd­vi­qit və serpentinlə birgə. Bor elementinin filizi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Sanskrit dili
Sanskrit (Devanagari: संस्कृत ) saṃskṛtam [sə̃skɹ̩t̪əm], mənşəcə संस्कृता वाक् saṃskṛtā vāk, "lətif danışıq") — Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dilidir. == Etimologiyası == Sanskrit sözü cilalanmış, düzənlənmiş, qüsursuzlaşdırılmış mənasını verir.
Con Raskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Herbert Henri Askvit
Herbert Henri Askvit (12 sentyabr 1852[…] – 15 fevral 1928[…]) — 1908–1916 illərdə Baş Nazir olmuş dövlət xadimi. Birinci Dünya Müharibəsinin ilk iki ilində ölkəni idarə etdi və 1911-ci ildə Lordlar Palatasının səlahiyyətlərini məhdudlaşdıran Parlament Qanununun qəbul edilməsinə səbəb oldu. == Həyatı == Herbert Henry Asquith 12 sentyabr 1852-ci ildə Böyük Britaniyada anadan olub. Təhsilini Oksforddaki universitetlərdən birində alıb. Universiteti bitirdikdən sonra vəkil olub. Asquith daha sonra ailə həyatı qurub, onun bir oğlu və üç qızı olub, lakin qızlardan sadəcə biri uşaq vaxtı sağ qalıb. == Karyerası == Asquith 1908-ci ildə Henry Campbell-Bannermanın vəzifədən istehfa etməsindən sonra Baş Nazir oldu. Asquith, Almaniyanın qələbəsinin İngiltərə üçün bir fəlakət olacağını bildiyi halda Birinci Dünya Müharibəsinə qatılmaqda tərəddüd edirdi. Almaniyanın Belçikayı işğal etməsindən sonra qərarını dəyişdirdi. 1916-cı ilin yanvarında Çanaqqala hərəkatının uğursuzluqla nəticələnməsi, Qərb cəbhəsində hər hansı bir irəlləyişin olmaması və aprel ayında İrlandiyada başlayan etirazlar siyasi vəziyyəti pisləşdirdi.
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası
Sanskrit dilinin transliterasiyasının beynəlxalq əlifbası.