Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dorota Rabçevska
Dorota Aqualiteja Rabczewska (d. 15 fevral 1984, Polşa) — Polşa caz müğənnisi.
Elena Risteska
Yelena Risteska (Makedon dilində:Елена Ристеска 27 aprel 1986, Skopye) – müğənni. == Həyatı == Yelena Risteska 1986-cı il aprelin 27-də Makedoniyanın paytaxtı Skopye şəhərində anadan olmuşdur. 1996-cı ildə debüt etmişdir. === Avroviziya === 2006-cı ildə Yelena Makedoniya seçim turlarına "Ninanajna" mahnısıyla qatılır və seçim turlarında qalib gələrək Makedoniyanı təmsil edir. Mahnı ritmik olmaqla, özündə pop, RnB və disko janrlarının sintezindən ibarətdir. Mahnıda həmçinin Makedoniya milli musiqisinə xas olan ritmlərə də rast gəlmək olur. Yarımfinal asanlıqla keçən Yelena sonda müsabiqəni 56 xalla 12-ci pillədə başa vurur. Bu, Makedoniyanın Avroviziya Mahnı Müsabiqəsində hələ ki, ən böyük nailliyəti olaraq qalır. === Avroviziyadan sonra === Avroviziya 2006-dan sonra Yelena bir çox yerlərdən dəvətlər alır-müxtəlif konsert və müsabiqələrdə iştirak edir. 2008-ci ildə o ilk ingilis dilli sinqlı olan "Millioner" buraxır.
Franceska Piccinini
Franceska Piccinini - İtaliya voleybolçusu == Həyatı == 1979-cu ildə doğulmuşdur. Boyu: 1,84 metr, çəkisi: 74 kq.
Françeska Klayton
Françeska Klayton (d. 7 yanvar 1990) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françeska Klayton, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françeska Klayton, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Françeska Konti
Françeska Konti (21 may 1972) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Konti, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Françeska Lebren
Françeska Lebren (24 mart 1756[…], Manhaym – 14 may 1791[…], Berlin) — italyan əsilli alman müğənnisi, bəstəkarı və pianoçusu
Françeska Mikyelin
Françeska Mikyelin (it. Francesca Michielin; d. 25 fevral 1995, Bassano-del-Qrappa, Viçentsa, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, İtaliyanın X Factor musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Onun debüt sinqlı "Distratto" İtaliya hit paradlarında zirvədə yer almışdır. Mikyelinin Riflessi di me adlı debüt albomu 2012-ci ilin oktyabr ayında işıq üzü görmüşdür. O, eyni zamanda İtaliyanın tanınmış reperlərindən olan Fedez ilə əməkdaşlıq etmiş və onlar "Cigno nero" və "Magnifico" mahnılarını birlikdə duet şəklində ifa etmişdirlər. Hər iki mahnı İtaliyada hitə çevrilmişdir. Mikyelinin ikinci Top-10 sinqlı isə 2015-ci ildə buraxılan "L'amore esiste" olmuşdur. 2016-cı ildə Mikyelin İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ifa etdiyi "Nessun grado di separazione" mahnısı ilə festivalda ikinci yerə layiq görülmüşdür.
Françeska Pavan
Françeska Pavan (24 aprel 1979, Mestre[d]) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pavan, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
Françeska Pomeri
Françeska Pomeri (d. 18 fevral 1993) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pomeri, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Françeska Snell
Françeska Snell (d. 28 mart 1987) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françeska Snell, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françeska Snell, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Müqəddəs Veronika (Françeska Moçi)
Müqəddəs Veronika heykəli (ing. Santa Veronica ) – Vatikandakı Müqəddəs Pyotr bazilikası üçün Françesko Moçi tərəfindən 1629-1639-cu illərdə hazırlanmış mərmər heykəldir. == Tarixi == 1629-cu ilin dekabrında Müqəddəs Pyotr bazilikasının mərkəzi gümbəzi altında yerləşən dörd nişdən birində yerləşdiriləcək Müqəddəs Veronika heykəlinin hazırlanması heykəltaraş Françesko Moçiyə həvalə olunmuşdur. Digər üç heykəl – Müqəddəs Andreyin heykəli Fransua Dükenua, Müqəddəs Yelenanın heykəli Andrea Bolci, Müqəddəs Lonqinin heykəli isə Covanni Lorenso Berniniyə həvalə edilmişdir. 1629-1632-ci illərdə o, əsərin müxtəlif versiyaları üzərində çalışmış, nəhayət 8 sevral 1632-ci ildə heykəlin yekun variantını Papa VIII Urbana təqdim etmiş və Papa layihəni təsdiqləmişdir. Heykəlin hazırlanmasında istifadə olunan mərmərlər 1634-cü ilin sonlarında Karraradan gətirilmişdir. Heykəltəraş əsəri 1635-1639-cu illərdə işləyərək tamamlamışdır. Bazilikada nəzərdə tutulmuş yerində yerləşdirilmiş əsər 11 noyabr 1640-cı ildə ictimayətə təqdim edilmişdir. == Təsviri == 5 metr hündürlüyə malik olan Müqəddəs Veronika heykəli üç iri Karrara mərməri blokundan hazırlanmışdır. Moçinin şah əsəri hesab edilən nəhəng heykəldə tətbiq etdiyi müxtəlif texnika və dizayn elementləri onun yaradıcılığının erkən dövrünə aid olan “Müjdə” (1603-1608, İtaliyadakı Orvieto kafedralında saxlanılır) heykəllər qrupunu xatırlatmaqla həmin dövrdə əksər barokko heykəltaraşları tərəfindən istifadə edilirdi.