Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reali
Reali - tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar.Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali - müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. == Reali növləri == Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil. Müxtəlif dilçilər, müxtəlif meyarlara söykənərək realilər bir neçə qrupda tədqiq etmişdir.
Braziliya realı
Braziliya realı (Portuqalca: Real brasileiro; ISO 4217: BRL) - Braziliyanın rəsmi pul vahididir. R$ kimi işarə olunur. 1 Braziliya realı 100 centavoya bərabərdir.6 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Braziliya realı = 0.307102 ABŞ dolları.
Aralia
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Realizm
Realizm (fəlsəfə) — daimi və ya ümumi mənası olmayan ortaq bir Avropa fəlsəfi termini. Realizm (ədəbiyyat) — Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir vasitələrilə əks etdirilməsi. Realizm (rəssamlıq) — incəsənətdə istiqamət, burada əsas iş həqiqətin özünəməxsus bərpasına yönəldir.
Realqar
Realqar — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən == Xassələri == Rəng – narıncı-qırmızı, bəzən tünd-qırmızı; Mineralın cizgisinin rəngi – narıncı; Parıltı – şüşə, qatran, yağlı; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 3,5-3,6; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl; Sınıqlar – qabıqvari, tikanlı; Başqa xassələr – elektrik işığı altında kristalları çat-çat olur və açıq-narıncı rəngli tozvarı kütləyə çevrilir; Morfologiya – kristallar: uzununa cizgilənmiş qısa- və uzunprizmatik; Mineral aqreqatları: torpaqvari, bütöv dənəvər kütlələr, püruzlar, qaysaqlar, qabıqlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Yer səthinə yaxın orta- və aşağı temperaturlu teletermal və vulkanogen yataqlar üçün səciyyəvidir. Tez-tez qeyzer çöküntülərində, sublimasiya məhsulu kimi vulkan kraterlərinin divarlarında, həmçinin solfatarlarda və fumarollarda rast gəlir. Realqarın tapıntıları çökmə əmələgəlmələrdə də – qumlu-gilli çöküntülərdə, siderit konkresiyalarında aşkar edilmişdir. Birlikdə rast gəldiyi minerallar: auripiqment, antimonit, kinovar, sərbəst kükürd. Mineralın tapıldığı yerlər: Luxum (Gürcüstan); Xaydarkan (Orta Asiya); Andreasberq (Almaniya); İtaliya, Rusiya və Yaponiyanın bir çox məntəqələri və b. Azərbaycanda Darrıdağ (Culfa) mərgümüş yatağında, həmçinin Dəvəboynu və Qoşasu (Laçın rayonu) mərgümüş təzahürlərində geniş yayılmışdır. Az miqdarda Ağqaya və Eyvan civə yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında və bəzi başqa məntəqələrdə aşkar edilmişdir. == Tətbiqi == İri miqyaslı yığınlarının mərgümüş filizi kimi praktik əhəmiyyəti vardır.
Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir. == Təsviri == Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir.
Reqaliya
Reqaliya (lat. Regalia) — monarxiya simvolu olan əşyaları göstərmək üçün işlədilən ifadə. Termin latın dilindəki "regalis" (azərb. Krala aid‎) sözünün substantivləşməsindən əmələ gəlir. "Regalis" özü də "rex" (azərb. Kral‎) sözündən törəmişdir. == Ədəbiyyat == Regalia entry at the Catholic Encyclopedia RoyalArk—see each present country Symbols of Royal Justice—French regalia, including the Hand of Justice Регалії // Юридична енциклопедія : [у 6 т.] / ред. кол. Ю. С. Шемшученко (відп. ред.) [та ін.] — К. : Українська енциклопедія ім.
Revealia
Revealia (lat. Revealia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Revealia macrocephala === Sinonim === Oxylobus macrocephalus Paray Carphochaete macrocephala (Paray) Grashoff ex B.L.Turner & K.M.Kerr Revealia stevioides R.M.King & H.Rob.
Rosalia
Rozaliya Vila Tobella (isp. Rosalía Vila Tobella, ləqəbi: Rosalía; 25 sentyabr 1992) — İspaniya müğənnisi, aktrisası.
Ruellia
Ruelliya (lat. Ruellia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinə aid bitki cinsi.
Thalia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Italia
İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica Italiana) — Avropanın cənubunda, Apennin yarımadasında yerləşən dövlət. Əsas etibarilə Cənubi Avropa regionunda yerləşməsinə baxmayaraq, Qərbi Avropanın da bir hissəsi hesab olunur. Unitar, parlamentli respublika olan bu ölkənin paytaxtı Roma şəhəridir. Quru yolla Fransa, Avstriya, İsveçrə, Sloveniya, həmçinin anklav dövlətlər olan Vatikan və San Marino ilə həmsərhəddir. Təqribən 60 milyon nəfər olan əhalisi ilə Avropa İttifaqının üzv dövlətləri arasında 3-cü yerdədir. Cənubi Avropa və Aralıq dənizi kimi mühüm coğrafi qovşaqlarda yerləşdiyinə görə bu ərazi saysız-hesabsız xalqlara və mədəniyyətlərə ev sahibliyi etmişdir. Müasir İtaliya ərazisi müxtəlif xalqlara ev sahibliyi etməsinə baxmayaraq, antik dövrdən bu ərazilərdə məskunlaşmış və yarımadaya öz adını vermiş italiklər bu ərazilərin ilk sakinləri hesab olunur. Bununla birlikdə, finikiyalılar və karfagenlilər əsasən Sardiniya və Siciliya adalarında öz kolonialarını yaratmışdır, həmçinin yunanlar Cənubi İtaliyada, etrusklar və keltlər isə müvafiq olaraq ölkənin cənubunda şimalında məskunlaşmışdılar.
Melia
Meliya (lat. Melia) — meliekimilər fəsiləsinə aid bitki cinsi.
Reana
Qarğıdalı (lat. Zea) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Qarğıdalı mədəni şəkildə becərilən birillik bitkidir. Gövdəsinin hündürlüyü 3 m-ə qədər yoğunluğu 3 sm, budaqlanmayan, lakin aşağı hıssəsi oduncaqlaşan bitkidir. Saçaqlı kök sisteminə malik,yarpaqları növbəli, uzun, xətti, yuxarı hissəsi qatlanmış, aşağı hissəsi isə çılpaqdır. Erkək çiçəkləri süpürgəşəkilli, dişi çiçəkləri çoxlu sayda (30 sm) qıça olmaqla, yarpaqların arasında yerləşir. Yumşaq gövdəli, erkəkcik və dişcik çiçək qrupları, zirvəsində isə 2 ayaqlı ağızcığı yerləşmişdir. Çiçəkləri qəhvəyi-qırmızı və açıq-sarı rəngilidir. Özünəməxsus zəif iyli olub, dadı hiss olunacaq dərəcədə olub, seliklidir. Yazda və ya erkən payızda “saçaqlar”ını südlü-mumlu qıçalarını, avqust-sentyabr aylarında silos kimi gövdə və yarpaqları toplanılır.
Relik
Relik (Latınca reliquiae "geri qalan, qalıq") Xristianlıqda Məsih, müqəddəslər və digər əziz insanlarla əlaqəli və ya onlardan qalmış müqəddəs əşyalara və ya parçalara verilən addır. Məsələn, müqəddəslərin sümükləri və ya bu insanın sahibi olduqları mallar relikdir. Reliklər bəzən reliker adlanan xüsusi mühafizə qablarında saxlanılır.
Talia
Ariadna Thalía Sodi Miranda (26 avqust 1971, Mexiko) — Latın Grammy mükafatlı Meksikalı latın pop müğənnisi, bəstəkar və aktrisadır. Mezzo-soprano səsə sahib latın musiqisinin ən güclü vokallarından biri olaraq qəbul edilir.
Adalia decimpunctata
10 nöqtəli adalia parabüzəni (lat. Adalia decimpunctata) — parəbüzənlər ailəsinin Coccinellinae yarımfəsiləsinə aid böcək növü. == Quruluşu == Bədən formaları yumru, qanadlarının üzəri sarımtıl və bir az da qırmızıya çalır. Üzərində simmetrik olaraq 10 ədəd eyni böyüklükdə qara nöqtələri var. Qoz və qovaq mənənəsi ilə qidalanırlar. == Biologiyası == Yüksək temperatur şəraitində yaşlı və sürfə formaları daha fəal olurlar. Bir qayda olaraq yumurtalarını qoz ağaclarının aşağı yerlərində olan yarpaqlarının alt tərəfinə, mənənə koloniyasının arasına qoyurlar. Qoz ağacının qurumuş hissəsində qabıq altında, Günəş düşən tərəfdə qışlayırlar. Qış sığınacaqlarına oktyabr ayının ikinci yarısından çəkilirlər. Aprel ayının ortalarından ağaclarda yayılmağa başlayırlar.
Ageratina regalis
Ageratina regalis (lat. Ageratina regalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Aralia californica
Aralia californica (lat. Aralia californica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia cordata
Ürəkvari araliya (lat. Aralia cordata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia dasyphylla
Aralia dasyphylla (lat. Aralia dasyphylla) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia debilis
Aralia debilis (lat. Aralia debilis) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia elata
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Aralia javanica
Aralia dasyphylla (lat. Aralia dasyphylla) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Aralia malabarica
Aralia malabarica (lat. Aralia malabarica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.