Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Revonna
Revonna (fr. Revonnas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seyzerya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01321. 2010-ci ildə əhalinin sayı 788 nəfər təşkil edirdi.
Rezonans
Rezonans - sistemə təsir edən xarici qüvvənin dəyişmə tezliyi sistemin məxsusi rəqslərin tezliyinə bərabər olduqda icbari rəqslərin amplitudunun artaraq maksimum qiymət almasına deyilir. Rəqs amplitudunun maksimum qiyməti mühitin sürtünmə (müqavimət) qüvvəsindən də asılıdır. Müqavimət böyük olduqda rezonans hiss olunmaya bilər. Məsələn, havada sapdan asılmış yükün rəqslərinin amplitudu rezonansda artsa da maye mühitində artırmaq olmur. Hər bir sistemə məxsus məxsusi rəqs tezliyi var. Periodik təsir edən kiçik qüvvələr qurğuları, tikililəri dağıda bilər. Buna görə körpülərdən keçərkən ,binalarda nizamlı yeriş olmaz . Rezonans anlayışı ilk dəfə 1602-ci ildə Qalileo Qaliley tərəfindən kəfgirin və musiqi simlərinin tədqiqinə həsr olunmuş əsərlərində öz əksini tapmışdır. A.Mehrabov və b. Fizika kursu.
Lidiya Redondo
Lidiya Redondo (d. 7 mart 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Lidiya Redondo, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lidiya Redondo, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Sandra Aguilar Navarro, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Maqnit rezonans tomoqrafiya
Maqnetik rezonans tomoqrafiya (MRT) — bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir… Maqnetik Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946-cı ildə F. Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur. Standar skanerləmə zamanı MR – tomoqrafiyada kontrastlığı əsasən T1 vəT2 relaksasiya vaxtı ilə müəyyən olunan görüntülər almağa imkan verən proqramlardan istifadə olunur.
Nüvə maqnit rezonans metodu
NMR üsulu 1945-cı ildə amerika fizikləri Edvard Mills Parsell (Harvard Universiteti) və Feliks Blox (Stanford Universiteti) tərəfindən kəşf edilmiş və bu kəşfə görə onlar 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər. NMR spektroskopiyası molekulyar sistem haqqında daha çox məlumat almağa imkan verən üsul olub, atom və molekulların elektron halını, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasını hesablamağa, molekullararası qarşılıqlı təsirləri müəyyən etməyə və kimyəvi reaksiyaların mexanizmlərini başa düşməyə imkan verir. Bu üsulun üstünlüyü nümunənin hazırlanmasının sadəliyi və tədqiqatın nəticəsinin tez əldə olunması ilə bağlıdır. NMR effekti, atom nüvələrinin maqnit momentləri istiqamətlərinin dəyişməsi ilə əlaqədar olaraq, maddə tərəfindən elektromaqnit enerjisinin rezonans udulması zamanı meydana gəlir. NMR üsulu spini “O”-dan fərqli olan nüvələrdə özünü doğruldur. (Məsələn,1H, 2H, 13C, 14N, 15N, 19F, 29Si, 31P və s.). 1H nüvələrində NMR spektroskopiyası ən çox inkişaf edib və bu üsul proton maqnit rezonansı (PMR) adlanır. Nüvə maqnetizmi mürəkkəb fiziki proses olduğu üçün, onu təsvir etmək üçün kvant mexanikasının riyazi aparatından istifadə edilir. Biz NMR-nın fiziki əsaslarını başa düşmək üçün sadə “klassik” modeldən istifadə edəcəyik. Əgər atomun nüvəsini fırlanan “+” yüklü şar kimi təsəvvür etsək, görərik ki, yük halqavari orbit boyunca hərəkət edərək mikoskopik halqavari cərəyan yaradır.