Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reptilia
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sürünənlər (Reptilia)