Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Visovaç adası
Visovaç adası (xorv. Visovac)- Xorvatiyada yerləşən kiçik adalardan biridir. Krka çayının Visovaç gölünə töküldüyü yerdə yerləşmişdir. Krka Milli Parkının ərazisinə daxildir. == Coğrafiya == Adanın ümümi sahəsi 17376 m²-dir. Sahil xəttinin uzunluğu isə 478 metrdir. Ada təxminən 170 × 120 m ölçülərində olan oval formaya malikdir. Adanın cənub-şərq hissəsinin üçbucaq şəklində olması burada şelf zonanın olmasıdır. Ada Drişna şəhərindən avtomobillə 10 dəqiqəlik məsafədə, Skradina şəhərindən isə 6 km məsafədə yerləşmişdir. == Tarixi == Milli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur.
Kilovat-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. == 1kVt • saata görülən iş == 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Rusvat Bayramov
Rusvat Mikayıl oğlu Bayramov (Rusvat Mikayılzadə) (1 fevral 1955, Düyərli, Şamxor rayonu) — jurnalist. == Həyatı == Rusvat Bayramov (Rusvat Mikayılzadə) 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat”, “Azərbaycan”, “Respublika”, “Hürriyyət”, “Gündəlik Azərbaycan”, “Unikal”, “Geopolitika” və s. qəzetlərdə müxtəlif vəzifələrdə işləyib. “Azərbaycan” qəzetinin baş redaktor müavini, “Respublika” qəzetinin baş redaktoru olub. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini-mətbuat katibi vəzifələrində çalışıb. 1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur. R.Bayramovun gənc jurnalist kadrlarının yetişdirilməsində xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar.
Yekaterina Şişova
Yekaterina Şişova (d. 13 sentyabr 1978) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Şişova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.