Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoveştisa mağarası
Qoveştisa (serb. Говјештица / Govještica) — Bosniya və Herseqovina ərazisində yerləşən böyük karst mağarası. Mağara Drina çayının sol qolu olan Praçanın yatağında yerləşir. Ərazi Romaniya bölgəsinin dağlıq massivinə daxildir. Mağara administrativ baxımdan Serbiya və Bosniya və Herseqovina ərazisinə aid olan Roqatisa şəhərinin 21 km-də yerləşir. Mağara uzun müddət insanlara məlum olmayıb. XX əsrin əvvələrində, 1906-cı ildə Saraevo - Vişeqrad dəmir yolu çəkilişləri zamanı yamacın uçması nəticəsində mağaranın girişi açılmışdır. İlk dəfə mağaranın öyrənilməsi 1911-ci ildə həayata keçirilmiş və 100 metrlik hissəsi araşdırılmışdır. Araşdırmaların davam etdirilməsi çətinləşmiş və xüsusi vasitələrsiz bunu etmək mümkünsüz idi. Uzun müddət mağara turitlərin sevimli məkanı olmuş və ciddi elmi araşdırma aparılmamışdır.