Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rovnı adası
Rovnı adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzinin şərqində, Putnaya çayının mənsəbinə yaxın, Pekinniki çayının mənsəbindən isə qərbdə, Kamçatka yarımadasının qərb sahillərinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Adanın uzunluğu 2,2 km, eni 1,4 km-dir. Maksimal hündürlüyü 208 metrdir. Regional bioloji təbiət abidəsidir. Ada 50 min cüt quşun yuvaladığı bir məkandır. Ümumilikdə burada 10 növ quş yuva qurur. Adi ağkəkil kamçatka dioyarının qırmızı kitabına daxil edilmişdir. Ada ləkəli suiti, adi saqqallı suiti və halqaşəkilli suitilərin yatağını təşkil edir.