Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koşatina
Koşatina — Cənub-Şərqi Asiya ölkələrində və Çində yaşayan şərq xalqlarının mətbəxində istifadə edilən pişik əti. Pişik ətindən Afrika və Latın Amerikasında yaşayan bir sıra xalqlar da kulinariyalarında pişik ətindən istifadə edirlər. Cənubi Amerikada pişik ətindən ən çox Afrika mənşəli perulular istifadə edirlər. Hər il sentyabr ayında La Kebrada şəhərində keçirilən Müqəddəs İfegeniya festivalında pişik ətindən yeməklər hazırlanması metodları nümayiş etdirilir. Kamerunda yaşayan bir sıra xalqların mədəni irsinə aid mənbələrə əsasən hətta belə bir inam aşılanır ki, pişik ətindən hazırlanan xüsusi yemək insanlara xöşbəxtlik gətirir. == Xarici keçid == Sarah Hartwell. Cats — friend or food? // Статья на сайте Messybeast.com (ing.) (Yoxlanılıb 18 oktyabr 2015) Website on cat meat in southern China (Yoxlanılıb 18 oktyabr 2015) Кошатина — это вкусно. И наплевать на SARS (Yoxlanılıb 18 oktyabr 2015) "The countries where people still eat cats and dogs for dinner" (ingilis). BBC News UK. 12/04/2017.
Rogalin
Rogalin (pol. Rogalin) [roˈgalin]) — Polşanın Mosina qminasında yerləşən kənd. Poznan şəhərndən 20 km. cənubunda, Varta çayının ətrafında yerləşir. Əhalisi 770 nəfərdir. == Tarix == Kəndin ilk qeyd olunması XIII əsrə təsadüf eləyir. XVIII ərdə isə kənd, Velikopolşanın general gözətçisi, marşal Kazimir Raçinskinin mülkiyyətinə daxil edilir. == Baxımlı yerlər == Barokko üslubda klassik saray, park XVIII əsr Müqəddəs Marcelin kostyolu Rogalin qalereyası == Tanınmış sakinlər == pl:Krzysztof Arciszewski (1592—1656) - polşa şlyaxtiçi, holland generelı və Reç Pospoltanın artileriyasının generalı.
Roqatı burnu (Leninqrad vilayəti)
Roqatı burnu (rus. Рогатый) əvvəllər Vaxtiniemı — Ladoqa gölündə yerləşən burun. Burun inzibati baxımından Rusiyanın Leninqrad vilayəti, Priozerski rayonu ərazisində yerləşir. Burun Ladoqa gölünə Lexmalaxti körfəzi hissəsədən daxil olur. Üstəlik gölün ən cənub burnu hesab edilir. Burnev adası yaxınlığında yerləşir. Burunun maksimal hündürlüyü 21 metrdir. Qranitdən təşkil olunmuşdur. Üzəri qarışıq meşələrdə örtülüdür. Burunda işıqlı işarə qoyulmuşdur.