Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rozalin Karter
Rozalin Karter (ing. Rosalynn Carter; 18 avqust 1927[…], Pleyns[d], Corciya[…] – 19 noyabr 2023[…], Pleyns[d], Corciya[…]) — ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı. == Həyatı == Eleanor Rozalin Smit 18 avqust 1927-ci ildə ABŞ-də, Corciya ştatının Pleyns şəhərində anadan olmuşdur. Onun atası fermer idi və öz avtomobil təmiri sexinə sahib idi, anası isə dərzi kimi çalışırdı. Rozalinin 13 yaşı olanda atası leykozdan vəfat etmişdir. Ailənin böyük uşağı olan Rozalin anasına iki qardaş və bacısını böyütməkdə kömək edirdi. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olmuş, lakin tezliklə oranı tərk etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Rozalin Karter ilə əlaqəli mediafayllar var.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. == Əsas obrazlar == === Bella Svon === İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Rozalin Sasmen Yalou
Rozalin Sasmen Yalou(19 iyul 1921[…], Nyu-York, Nyu-York ştatı – 30 may 2011[…], Bronks, Nyu-York ştatı)—1977-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmış Amerikalı həkim və alim. Bu mükafatı radioimmun (RİA) texnikasını inkişaf etdirdiyinə görə qazanıb. Gerti Koridən sonra Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanan ikinci qadın amerikalı alimdir. == Həyatı == Amerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olub. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində alıb, sonra isə Velten orta məktəbinə daxil olub. 1937-ci ildə o, Hanter-kollecinə (hazırda Nyu-York Universitetinin bir hissəsi) qəbul edilib. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın olub.