Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rozika Şvimmer
Rozika Şvimmer (tam adı: Rozika Şvimmer, mac. Rosika "Rózsa" Bédy-Schwimmer; 11 sentyabr 1877, Budapeşt – 3 avqust 1948, Nyu-York, Nyu-York ştatı) — macar pasifist, feminist və qadınlara seçki hüququnun verilməsi uğrunda mübarizə aparan şəxs. O, ilk dünya federalistlərindən və dünyada ilk qadın səfirlərdən biridir. 1918-ci ildə Macarıstanın İsveçrədə səfiri olmuşdur. == Həyatı == Rozika Şvimmer Avstriya-Macarıstanın Budapeşt şəhərində yəhudi ailəsində anadan olmuşdur. O, musiqi və xarici dillər üzrə təhsil almağa başlasa da, 1896-cı ildə ailəsinin maliyyə vəziyyəti pisləşdiyindən mühasib işləməyə başlamışdır. == Siyasi fəaliyyəti == 1897-ci ildə Macar Qadın Katibləri Assosiasiyasını yaratmış, 1904-cü ildə isə Evgeniya Mişkolçi Meller kimi digər görkəmli feministlərlə birlikdə Macar Feminist Assosiasiyasının (mac. Feministák Egyesülete (FE)) əsasını qoymuşdur. O, Macar Milli Qadınlar Şurasının yaradılmasına yardım etmiş və Macarıstan Sülh Cəmiyyətində idarə heyətinin üzvü olmuşdur. 1909-cu ildə Daxili İşlər naziri onu uşaq rifahı üzrə idarə heyətinə təyin etdi.