Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konan Oziriş
Tiago Miranda (port. Tiaqo Miranda; d. 5 yanvar 1989, Lissabon, Portuqaliya) və ya səhnə adı ilə Konan Oziriş (port. Conan Osíris) — Portuqaliya müğənnisi və bəstəkarı. O, 2019-cu ildə "Telemóveis" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya üçün təşkil etdiyi Festival da Canção müsabiqəsinə qatılmış və ifa etdiyi mahnı ilə Portuqaliyada şöhrət qazanmışdır. Nəticədə Konan festivalda qalib gələrək həmin mahnı ilə Portuqaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == 2011-ci ildə ifaçı Cathedral adlı debüt albomu ilə musiqi karyerasını başlatmışdır. Bundan başqa isə Konanın 2014-cü ildə Silk mini-albomu, 2016-cı ildə Música, Normal və 2017-ci ildə isə Adoro Bolos albomları işıq üzü görmüşdür. 2019-cu ilin mart ayında keçirilən Portuqaliyanın Avroviziya milli seçim turunda "Telemóveis" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmişdir.