Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xruşşovka
Xruşşov tərəfindən tikilmiş evlər və ya xruşşovka — 1960-cı ilin əvvəli SSRİ dönəmində, adını Nikita Xruşşovdan alan və Sovet hökumətinin göstərişləri ilə aşağı qiymətə inşa edilmişdir. Bunlar dəmir-beton və ya kərpicdən tikilmiş üç-beş mərtəbəli mənzillərdir. == Tarixi == Ənənəvi hörgü çox səy tələb edirdi. Digər tərəfdən, fərdi layihələr ləng gedirdi və izdihamlı şəhərlərin tələbatını ödəyə bilmirdi. Genişmiqyaslı mənzil çatışmazlığını həll etmək üçün 1947–1951-ci illər arasında sovet memarları xərcləri azaltmaq və tikintinin tamamlanma müddətlərini azaltmaq üçün müxtəlif texnologiyaları qiymətləndirdilər. 1950-ci ilin yanvarında Xruşşovun rəhbərlik etdiyi sovet memarlarının qurultayında o, ucuz və sürətli texnologiyalardan istifadə edən sovet memarlarının məqsədlərini bəyan etdi. Daha sonra Moskvada iki beton zavodu yaradıldı. (Presnenski, 1953; Xoroşevski, 1954) O dövrdə tikinti meydançalarında eksperimental layihələr yığılırdı və nəticədə yığma beton örtüklər daha yaxşı hesab olunurdu. İn situ və ya fərdi aşağı mərtəbəli binaların təşviqi kimi digər imkanlardan imtina edildi. 1956-cı ildən Moskvanın baş plançısı olan Vitali Laqutenko 1954–1961-ci illər arasında sürətli tikinti qrafiki əsasında betonla örtülmüş binaları və kütləvi sənayeləşmiş tikinti prosesini layihələndirmiş və sınaqdan keçirmişdir.
Rustov
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. == Tarixi == Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. == Toponimikası == Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Nataşa Rostova
Nataşa (Natali) Rostova (tam adı Natalya İlyiniçna Rostova (rus. Наталья "Наташа" Ильинична Ростова) — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından biri. İlya Andreyeviç Rostovun qızı. == Romanda == Romanın başlanğıcında, 1805-ci ildə, Nataşanın Knyaz İlya Rostov və Knyaginya Natalya Rostovanın 12 yaşlı qızı olduğu qeyd edilir. O, Drubetskoylar ailəsinin gənc varisi Boris Drubetskoya aşiq olur. Eyni zamanda, tez-tez Rostovları ziyarət edən Knyaz Pyer Bezuxovla dostluq edir. Boris hərbi karyera qurmaq üçün Mixail Kutuzovun yanın getdikdən sonra onların əlaqəsi kəsilir və Pyer Nataşanı balda Andrey Bolkonski ilə tanış edir. Onlar bir-birlərinə aşiq olurlar və evlənmək qərarına gəlirlər, lakin Andreyin atası buna maneə törədir. Atasının istəyi ilə onlar bir ildən sonra evlənməyə qərar verirlər. Həmin müddət ərzində Andrey müalicə olunmaq üçün Avropaya səfər edir.
Rustov (kənd)
Rustov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycanın Quba rayonunda Böyük Qafqaz dağlarının ətəklərində yerləşən gözəl bir qəsəbədir. Qəsəbədə bir çox tarixi abidələr vardır. == Tarixi == Qədim tarixə malikdir. Qəsəbədə olan tarixi abidələr və tapıntılar bunu sübut edir. 1587 də Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda Dərbənd əyalətinin Rustov sancağı olmuşdur. == Toponimikası == Rustov oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Yerli tələffüz forması Rustadır.
Rustov bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Rustov mahalı
Rustov (Şeşpara) mahalı — Quba xanlığında mahal. İndiki Quba və Şabran rayonlarının ərazisində yerləşirdi. Rustov və ya Şeşpara mahalını Quba naibi Vəli bəyin qardaşı Yusif bəy idarə edirdi. Mahalın əhalisi maldarlıq və xalçaçılıq ilə məşğul olurdu. Xalçaçılıq xüsusilə Gəndov, Pirəbədil və Çiçi kəndlərində geniş yayılmışdır. == Kəndlər == Mahalın ərazisində 22 (26) kənd var idi. == Tanınmışları == == İstinadlar == Mustafazadə Tofiq. Quba xanlığı. Bakı, Elm; 2005, 480 səh.. + 1 xəritə.
Rustov məscidi
Rustov kənd məscidi — 1903-cü ildə Quba rayonunun Rustov kəndində Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmiş tarixi-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Abidə 2008-ci ildə restavrasiya edilib. == Haqqında == Rustov kənd məscidi 1903-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib. === Sovet işğalında === Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. İşğaldan sonra məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunub. === Müstəqillikdən sonra === Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra binadan yenidən məscid kimi istifadə olunmağa başlanılıb. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.