Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çandra Mohan Racniş
Çandra Mohan Racniş OSHO (ing. Bhagwan Shree Rajneesh; 11 dekabr 1931[…], Udaypura[d], Britaniya Hindistanı – 19 yanvar 1990[…], Puna, Maxaraştra) — oshohind dini xadimi və mistik. Çandra Mohan Racniş 1931-ci ilin 11 dekabrında Hindistanın Madhya Pradeş əyalətinindəki Kuçvada kəndində anadan olmuşdur. Uşaqlıq illərindən etibarən, başqaları tərəfindən verilən məlumatlar və inancları əldə etməkdənsə, həqiqəti özü axtarmaq qərarına gəlmişdir. 21 yaşında universitet təhsilini tamamladı və Jabalpur Universitetində uzun illər fəlsəfə dərsi dedi. Eyni zamanda da bütün Hindistanı gəzib danışmalar etdi, ictimai müzakirələrdə mühafizəkar dini liderlərə meydan oxudu, ənənəvi inancları sorğuladı və həyatın bütün sahələrində insanlarla bir araya gəldi. O, özünü gerçək bir "varoluşçu" olaraq adlandırmışdır. İnanc sistemlərini və müasir insan psixologiyasını anlamaq üçün üfüqünü genişləndirə biləcək hər şeyi oxudu. 1960-cı illərin sonu Oşo artıq öz dinamik meditasiyasını təkmilləşdirməyə başlamışdı. Meditasiyanın o rahat düşüncələrsiz halını kəşf edə bilməyi ümid edə bilməsi üçün əvvəlcə keçmişin modası keçmiş üsullarının və günümüzün müasir həyatın gətirdiyi sıxıntıların ağırlığı altında əzilən insanın çox dərin bir ruhi təmizlənmə periodundan keçməsinin şərt olduğunu demişdir.