Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avdalar
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. == Tarixi == Avdalar İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd adıdır. Rayon mərkəzindən 23 km məsafədə, İrəvan şəhərindən 11–12 km şimalda yerləşir. Kəndin digər adı «Abdalar»dır.Toponim abdal türk tayfasının adına cəmlik bildirən -ar şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. «Abdallara, abdal tayfalarına mənsub kənd» mənasını bildirir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 aprel 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur. == Əhalisi == Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1873-cü ildə 59 nəfər, 1886-cı ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 131 nəfər, 1914-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Samaqar (Eçmiədzin)
Samaqar — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Haqqında == Samaqar kəndi 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində qeyd olunmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi ermənilərdən ibarət idi. 1978-ci ildə kənd ermənicə Qeqakert adlandırılmışdır. Əsli Sovməqar şəklindədir. Ərəbcə soymə (Azərbaycan dilində sovmə) "ibadətgah", "monastır", "ucu şiş tikinti", "minarə" və ərəb dilində qar-"mağara" sözlərindən ibarətdir. == Mənbə == B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
Samaqar noyon
Samaqar noyon (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. == Həyatı == Samaqar noyon Rum valisi təyin edilmişdi. Onun Ərəb ağa adlı oğlu vardı.