Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vladislav Sapojnikov
Vladislav Sapojnikov (15 may 1994) — Ukraynalı peşəkar kişi BMX velosipedçisi. Vladislav Sapojnikov Ukraynanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Vladislav Sapojnikov 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 36.060 saniyəlik nəticəsi ilə 82-ci yeri tutdu.
Əyriyarpaq saqovnik
Vətəni Yaponiyadır. Hündürlüyi 2m-ə qədər, oduncaqlaşmış, keçəvari, budaqlanmayan gövdəyə malikdir. Onların gövdəsi tökülən yarpaq saplaqları ilə sıx örtülmüşdür, ləkəvarı yarpaqları isə gövdenin ucunda dəstəyə yığılmışdır. Mikrosporofilləri (erkəkcikləri) çoxsaylı, pazşəkilli, qonur, alt tərəfdən çoxsaylı, tozcuqludur. Erkək qozaları silindirikdir. Dişi qozaları yumru, sferik, hissələri lələkvarı bölünmüş olub, yanlarında yumurtacıqları vardır. Qozaları tutqun sarıdır, yazda və ya yayda az miqdarda əmələ gəlir. Toxumu yumru, çəyirdəkşəkilli, üst örtüyü ətli, orta və içəri örtükləri bərkdir, uzunluğu 2sm-ə qədə, narıncı-qırmızı rəngdədir. İşıqlı və yarımkölgəli şəraitdə bitir, düzünə düşən günəş şüalarından qorunmalıdır. Torpaq həmişə rütubətli olmlı, suvarılma vaxdaşırı aparılmalıdır.