Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bornay məscidi
Bornay məscidi (tat.: Bornay məçete) — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən XIX əsrə aid memarlıq abidəsi. == Haqqında == 1799-cu ildə indiki məscidin yerində tacir Salih Mustafin taxtadan məscid tikib. Bu məscid Apanaev mədrəsəsinin şagirdləri üçün fəaliyyət göstərirdi. 1831-ci ildə tacir öldükdən sonra bu ərazi və məscid yaxınlıqda yaşayan müsəlman icmasına verilir.1872-ci ildə şəhərin müsəlman icması tərəfindən memar P.Romanovun layihəsi ilə milli romantizm istiqamətində eklektik formada tikilib. Bina tacir M.Burnayevin hesabına tikilib. Məscidin minarəsi isə F.Malinovski və L.Xroşonoviçin layihəsi ilə tikilib. Bina özlüyündə bir mərtəbəli, bir zallı və tək minarəlidir. Fasadında orta əsr tatar, rus memarlığının elementlərindən istifadə olunub. 1930-1994-cü illər ərzində məscid fəaliyyət göstərməyib. Hazırda isə məscid təmir olunaraq fəaliyyətə başlayıb.
Sebastian Bornau
Sebastian Bornau (22 mart 1999) — Belçika Birinci Divizounu təmsilçilərindən olan Anderlext klubunda müdafiəçi kimi çıxış edən peşəkar Belçika futbolçusudur. == Klub karyerası == === Anderlext === Bornau Anderlext akademiyası vasitəsilə inkişaf etmişdir. Bornau öz peşəkar karyerasında debütünü 28 iyul 2018-ci ildə Kortriyk klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Belçika Birinci Divizounu görüşündə Anderlext rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.Belçika millisinin sabiq üzvü Daniel van Buyten Bornaunun şəxsi agentidir. == Milli karyerası == 2016-cı ildə Bornau Belçikanın gənclərdən ibarət milli komandası ilə Azərbaycanda keçirilən Avropa Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bornau Azərbaycan, Portuqaliya və Almaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 31 iyul 2018 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir. 2Belçika Superkuboku görüşləri daxildir. == İstinadlar == == Xarici keçidlər == Soccerway.com saytında profili (ing.) Sebastian Bornau — transfermarkt.com saytında.