Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sverdlovsk
Yekaterinaburq (1924–1991 Sverdlovsk) — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.Şəhər statuslu Yekaterinburq Ural iqtisadi rayonunun iri inzibati, mədəni, elmi-tədris mərkəzlərindən biri sayılır. Şəhər İseti çayının sahilində,Orta Uralın şərqində yerləşdirilmişdir. 1723-cü il 7 noyabrda (18 noyabr) əsası qoyulmuşdur. Ad imperatriçə Birinci Yekaterinanın şərəfinə verilmişdir. II Yekaterina 1781-ci ildə Yekaterinburqa Perm quberniyasının qəza-şəhər statusunu verdi. Yekaterinburq, XIX sonu XX əsrin əvvəllərində Uralda inqilabi hərəkat mərkəzlərindən biri idi.Sovet illərində ölkənin güclü sənaye və inzibati mərkəzinə çevrilmişdir. Şəhər Böyük Vətən müharibəsində Sovet İttifaqının qələbəsinə böyük töhfə verib.Müharibə illərdə Ural zavodu ağır maşınqayırmanın və zirehli texnikanın istehsalına görə ən böyük sovet istehsalçıları sırasına daxil idi. Yekaterinburq şəhəri Rusiyada əhali sayına görə (Moskva, Sankt-Peterburq və Novosibirskdən sonra) 4-cü yerdədir. Yekaterinburq Rusiyanın dördüncü böyük aqlomerasiyasıdır.
Sverdlovsk vilayəti
Sverdlovsk vilayəti (rus. Свердловская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Zareçnıy (Sverdlovsk)
Zareçnıy — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Mixaylovsk (Sverdlovsk vilayəti)
Mixaylovsk — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.