Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svetoslav Petrov
Svetoslav Petrov (bolq. Светослав Петров; 12 fevral 1978, Dobriç[d]) — keçmiş bolqar futbolçu, yarımmüdafiəçi mövqeyində çıxış edib. Hazırda Bolqarıstanın "Dobruca" klubunun baş məşqçisidir. Petrov doğulduğu Dobriç şəhərini təmsil edən "Dobruca" klubunun yetirməsidir. Peşəkar karyerasını da 1996-cı ildə məhz burada başlayıb. 1999-cu ilə qədər "Dobruca" klubunda çıxış edib. Bu müddət ərzində komandanın heyərində 59 oyun keçirib. 2000-ci ildə "MOİK Sofiya" komandasına keçib. İlk mövsümündə komandanın heyətində 13 oyun keçirib, 2 qol vurub. "MOİK" mövsümü ikinci yerdə bitirb.