Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snina
Snina (slovak. Snina, ukr. Сніна, mac. Szinna) — Slovakiyanın Ukrayna ilə sərhəddi yaxınlığında şəhər. Snina Pçolinka çayının Tsiroxa çayına töküldüyü yerdə, Viqorlat və Bukovske Vrhi dağ yamaclarında yerləşir.
Haliotis asinina
Haliotis asinina (lat. Haliotis asinina) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin lepetellida dəstəsinin haliotidae fəsiləsinin haliotis cinsinə aid heyvan növü.
Şetinina burnu
Şetinina burnu — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. Burunun sahillərini Yapon dənizinə daxil olan Amur körfəzinin suları yuyur. Burun 20 oktyabr 2006-cı ildə uzaq məsafələr üzrə gəmi kapitanı Anna Şetininanın şərəfinə adlandırılmışdır. O uzun zaman Dəniz Dövlət Universitetinə yaxın bu sahədə pedaqoji təlimlər keçmişdir. 2009-cu ildə onun şərəfinə Kamçatkada, Avaçi buxtasında yerləşən Adsız burnu adlandırmaq istəmişdilər. Ancaq dənizçilikdə təhlükəsizlik məqsədi ilə ondan imtina edilmişdir. == Mənbə == Постановление от 20 октября 2006 г.
Amelanchier sinica
Amelanchier sinica (lat. Amelanchier sinica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Caragana sinica
Caragana sinica (lat. Caragana sinica) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Emilia sinica
Emilia sonchifolia (lat. Emilia sonchifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü. == Sinonim == Cacalia sonchifolia Hort ex L. Crassocephalum sonchifolium (L.) Less. Emilia javanica (Burm.f.) C.B.Rob. Emilia marivelensis Elmer Emilia purpurea Cass. Emilia rigidula DC. Emilia sinica Miq. Emilia sonchifolia var. sonchifolia Gynura ecalyculata DC. Senecio sonchifolius (L.) Moench Senecio sonchifolius var. bogorensis Hochr. Senecio sonchifolius var.
Roza Şanina
Roza Şanina (rus. Роза Егоровна Шанина; 3 aprel 1924 – 28 yanvar 1945) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Salvia sinica
Salvia sinica (lat. Salvia sinica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. == Karyerası == Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Stephania sinica
Çin stefaniyası (lat. Stephania sinica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Vanina Vanini
Vanina Vanini (fr. Vanina Vanini) — əsl adı Mari-Henri Beyle olan fransız yazıçı Stendalın 1829-cu ildə nəşr olunmuş povesti. == Məzmun == Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) Avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir. == Nəşr və tərcümə == Əsər Vidadi Paşayev tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda kirilcə 1969-cu ildə Gənclik, latınca 2017-ci ildə Bakı Kitab Klubunda 80 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Vanina Vanini (povest)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib.
Yuliya Sanina
Yuliya Sanina (əsl adı Yuliya Aleksandrovna Qolovan; 11 oktyabr 1990, Kiyev, Ukrayna SSR) — Ukraynalı müğənni, The Hardkiss qrupunun solisti. == Həyatı == Yuliya Qolovan 11 oktyabr 1990-cı ildə Kiyevdə musiqiçi ailəsində anadan olmuşdur. Üç yaşında ilk dəfə səhnədə atasının rəhbərlik etdiyi ansamblın müşayiəti ilə oxumuş, sonra uşaq şou-qrupunda müxtəlif musiqiləri səsləndirmişdir. Caz qrupunun tərkibində də solist kimi çıxış edirdi. 2005-ci ildə Yuliya Caz və Estrada üzrə uşaq musiqi məktəbini bitirib. Sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyarkən jurnalistika ilə maraqlanırdı.2006-cı ildən 2008-ci ilədək Sister Siren qrupunun solisti olmuşdur.2016-cı ildə Yuliya Sanina STB telekanalında "X-Faktor" şousunun yeddinci mövsümündə münsiflər heyətinin üzvü və müəllim oldu. Smurflar: İtirilimiş kənd cizgi filminin ukraynca dublyajında Şirinəni səsləndirmişdir. == Ailəsi == Yuliya, The Hardkiss qrupunun yaradıcı prodüseri və gitaristi Valeri Bebkoya ilə evlidir. Cütlük 5 il aralarındaki əlaqəni gizlətdi.
Şi Şinin şirləri yeməsi haqda hekayə
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir.Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. == Şeirin mətni == == İstinadlar == == Xarici keçidlər == 對聯:30.
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (film, 2007)
Svini Tod: Flit küçəsinin şeytan bərbəri (ing: Sweeney Todd: The demon barber of Fleet street) - Tim Burtonun rejissoru ilə 2007-ci ildə çəkilmiş musiqili film. == Mövzu == 1846-cı ildə Benjamin Barker dənizçi Antoni Hop ilə birlikdə Londona gəlir. On beş il əvvəl özbaşınalıq edən hakim Töpin Benjaminin arvadı Lusi ilə evlənmək üçün onu şərləyərək sürgün etdirir. Benjamin Barker Svini Tod taxma adını qəbul edir və Neli Lavitin Londonun ən pis piroqlarını satdığı mağazasına gedir. Lavet ona sürgünə göndərildikdən sonra Töpinin Lusiyə təzavüz etdiyini və sonra da arsen ilə zəhərlədiyini deyir. Cütlüyün qızı Cohanna isə Töpinin yanındadır. Tod (Barker) onu qarşılıqsız sevən Lavetin ona köhnə ülgüclərini verdikdən sonra intiqama and içir və bərbər dükanını yenidən açır. Antoni Cohannaya aşiq olur, ancaq Töpin xidmətkarı Bidl Bamford tərəfindən uzaqlaşdırılır. Tod saxta italyan bərbər Adolfo Pirellenin saç tonikinin aldatmaca olduğunu deyərək onu qınayır və hakimliyi Bamford tərəfindən edilən xalqa açıq taraş yarışında onu pərt edir. Bir neçə gündən sonra Pirelli Todun dükanına gəlir.