Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovetskiy
Sovetski — Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Konstantin Savitski
Konstantin Apollonoviç Savitski (1844–1905)—Rus rəssamı. == Həyatı == Konstantin Apollonoviç Savitsky (1844–1905) Frankovka kəndində və ya (Baronovkada) Sabiq Mer Baron Otto Franyın adını dayışan Taqanroq şəhərindən anadan olmuşdur. Hal-hazırda bu ərazidə Taqanroq Dəmir və Polad Fabriki (TAGMET) yerləşir. Savitskyin ailəsi onun atasının həkim kimi işlədiyi Taqanroq Oğlanları Gimnziyasının binasında yaşamışdılar. Savitski öz üşaqlığını və gəncliyini Taqanroqda keçirmişdir. O, hələ uşaqlıqında rəssamlığına böyük həvəs göstərmişdir. Gimnziyada oxuyarkən rəsım çəkməyə başlamışdır Konstantin Taqanroq Gimnziyasında beşinci sinif şagirdi olarkən həyatı gözlənilmədən dəyişdi. Onun valideynlərinin hər ikisi qəfildən vəfat etdi. Kostyada indiki Latviyada yaşamış dayısı tərəfindən Konstantin himayəyə köturulmuşdur. Latviyada Savitski internat məktəbinə getməyə başladı.
Pyotr Savitski
Pyotr Nikolayeviç Savitski (15 may 1895 və ya 3 fevral 1895, Çerniqov – 13 aprel 1968, Praqa) — rus mənşəli avrasiyaçılığın ideoloqu, geosiyasətçi, coğrafiyaşünas, iqtisadçı, filosof. == Həyatı == Zadəgan nəslinə mənsub olan Pyotr Nikolayeviç Savitski 1895-ci ildə may ayının 15-də Çerniqovda anadan olub. İqtisadçı təhsili almış Savitski Q. Vernadskinin və P. Struvenin şagirdi olmuşdur. Müharibədən əvvəl kadetlərlə yaxın idi (oktyabr inqilabından əvvəl Rusiyada liberal burjua konstitusiyaçı-demokratik forumun üzvü). İnqilabdan sonra Bolqarıstana mühacirət etmiş, sonra Çexoslovakiyaya köçmüşdür. 1945-ci ildə Praqanın sovet qoşunlarının əlinə keçməsindən sonra Savitski həbs edilmiş və 10 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 1956-cı ildə Savitski bəraət qazanaraq Praqaya qayıtmış və 12 ildən sonra — 1968-ci il aprel ayının 13-də orada dünyasını dəyişmişdir. == Avrasiyaçılıq hərəkatının rəhbəri kimi == 1921-ci ildə o, knyaz N. S. Trubetskoy ilə birlikdə "Avrasiyaçılıq hərəkatına" başçılıq etmişdir. Bu hərəkatda geosiyasi amillər mərkəzi rol oynayırdı. Bütün avrasiyaçılar arasında geosiyasətlə hamıdan çox maraqlanan məhz Savitski idi.
Sovetskiy Karabax
"Sоvetskiy Karabax" — Azərbaycan SSR dövründə Xankəndidə nəşr olunmuş qəzet.
Mila Svitskaya
Lyudmila (Mila) Alekseyevna Sivatskaya (ukr. Міла Олексіївна Сивацька;3 dekabr 1998, Kiyev) — rusiyalı "Son Qəhrəman" fantaziya trilogiyasında Vasilisa rolu və "Grand" televiziya serialında Kseniya Zavqorodnya rolu ilə tanınan ukraynalı aktrisa. == Həyatı == Mila Sivatskaya uşaq yaşlarından rəqslə məşğul olub. 2011-ci ildə o, qızlar qrupunun tərkibində Junior Eurovision Mahnı müsabiqəsi üçün Ukrayna milli seçimində iştirak edib. 2012-ci ildə o, Ukraynanın "Səs: Uşaqlar" müsabiqəsində iştirak edib. O, uşaq jurnallarının və kataloqlarının üz qabığında yer alan fotomodel kimi çalışıb. O, UA: First-də aparıcı qismində çıxış edib. O, on yaşından filmlərdə rol alır. 19 yaşında o, bir ay təqdimatından sonra Rusiya kinosu tarixində ən çox gəlir gətirən film olan "Sonuncu cəngavər" (2017) rus komediya nağılında əsas rollardan birini ifa edib. 2022-ci ilin aprelində Rusiyanın Ukraynaya müdaxiləsini tənqid etdiyinə görə Sivatskayanın Rusiya Federasiyası ərazisinə girişi qadağan edilib.