Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sədrəzəm
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Dərəzəm (Urmiya)
Dərəzəm (fars. درزم‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (26 ailə).
Kəkilli seriem
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Qaraayaq seriem
Qaraayaq seriem (lat. Chunga burmeisteri) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü. Qaraayaq seriem təbii şəkildə subtropik və tropik meşələrdə və kolluq ərazilərdə yaşayır.
Qaraciyər serozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Tərzəm (Vərziqan)
Tərzəm (fars. طرزم‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 816 nəfər yaşayır (184 ailə).
Şerzer anturiumu
Şerzer anturiumu (lat. Anthurium scherzerianum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin anturium cinsinə aid bitki növü.
Ələddin paşa (sədrəzəm)
Ələddin Paşa (1281, Söğüt, Biləcik ili – 1333, Bursa) — İkinci Osmanlı padşahı olan Orxan Qazi dönəmində, təxminən 1320–1331 müddətində sədrəzəmlik etmiş Osmanlı dövlət adamı. İlk Osmanlı tarixçiləri olan Aşiqpaşazadə, Oruc bəy, Nəsri, İbn Kamalın qeydlərinə görə ilk Osmanlı sədrəzəmi olan Ələddin Paşa ilk Osmanlı padşahı I. Osman Qazinin oğlu idi. Ələddin Paşa atasının səltənəti dönəmində məsləhətlər vermiş, daha sonra atasının əmriylə babası Şeyx Ədəbalının yanına Biləciyə getmiş və burada ona xidmət etməyə başlamışdır. Dövrün tarixi qaynaqlarında atasının vəfatından sonra təşkil olunan müşavirə məclisində taxtdan imtina etdiyi və qardaşı şahzadə Orxanı taxta layiq gördüyü göstərilir. Ələddin bəy vəzirlik dövründə maliyyə, saray geyimi, ordu və qanun tərtibatı ilə bağlı mühüm islahatlar aparmış, onun məsləhəti ilə Orxan Qazinin adına sikkə kəsilmişdir. İlk nizami piyada ordusu və ilk Osmanlı qanunnaməsi məhz onun vəzirlik dövründə tərtib edilmişdir. 1331 tarixində vəzirlikdən ayrılaraq sadə həyat tərzi keçirmiş, bundan 2 il sonra Biga qalasında vəfat etmişdir. Cənazəsi Bursadakı Osman Qazi türbəsinə dəfn edilmişdir. Ölümündən sonra övladlarına səltənət tərəfindən hörmət əlaməti olaraq Ələddin Paşanın adına xeyriyyə cəmiyyəti qurulmuşdur. Əlaəddin Paşa Bələdin qızı ilə evləndi və bu evlilikdən təxminən səkkiz övladı oldu: Hörmətli Kılıç: Onların uşaqları var idi.
Seroz qişa
Seroz qişa – lat. tunica serosa və ya xarici birləşdirici toxuma qişası – lat. tunica adventitio həzm kanalının ən xarici qişasını təşkil edir. Bu qişa əzələ qişası ilə nazik, kövşək birləşdirici toxuma təbəqəsi – serozaltı toxuma – lat. tela subserosa vasitəsilə rabitədədir. seroz qişa həzm kanalının bəzi hissələrini məsələn: mədəni, bağırsaqları xaricdən örtmüşdür. Bu çox nazik, şəffaf, hamar və seroz maye ifraz edən bir qişadır; qarın boşluğuna baxan səthi bir qatlı yastı mezodermal epitel (mezotel) ilə örtülüdür. Bu qişanın əsasını lifli birləşdirici toxuma səfhəsi təşkil edir; bu səfhə az, ya çox miqdarda elastik liflərə malik sərt birləşdirici toxumadan təşkil olunmuşdur. Seroz qişa üzvləri örtdüyü kimi, bəzi boşluqların divarlarını əhatə edir, ona görə iki səfhəyə bölünür: 1) visseral səfhə – lat. lamina visceralis üzvləri örtən səfhə və 2) parietal səfhə – lat.
Serezen-de-la-Tur
Serezen-de-la-Tur (fr. Sérézin-de-la-Tour) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalye-Syud kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38481. Kommunanın 1999-cu il üçün əhalisi 611 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 266 ilə 466 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Xəlil Rüfət Paşa (sədrəzəm)
Xəlil Rüfət Paşa (d. 1820 - ö. 9 noyabr 1901) — II Əbdülhəmidin səltənətində 6 il 2 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 1820-ci ildə Saloniki vilayətinin Lika kəndində dünyaya gəlmişdir. Atası əslən hərbçi ailəsinə mənsub olan İbrahim ağadır. 3 yaşında ikən ailəsi Sərəz bölgəsinə təyin edildi və ilk təhsilini burada aldı. 1844-cü ildə Sərəzdə şəhər idarəsinə maaşsız olaraq işə qəbul oldu. 1851-ci ildə bu idarənin rəisi, daha sonra isə Vilayət məclisində eyni vəzifədə fəaliyyət göstərdi. 1868-ci ilədək həm Balkan yarımadasında, həm də Anadolunun fərqli bölgələrində xidmət göstərdi və divan katibliyinə qədər yüksəldi. Bu xidmət illərində Mithat Paşa ilə yaxın əlaqələr qurdu və onun təcrübələrindən yararlandı.