Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seqoviya
Seqoviya (ispan Segovia) — İspaniyada şəhər. Əhalisi 55 min nəfərə yaxın. Kastiliya və Leonun eyni adlı əyalətinin inzibati mərkəzi. Seqoviya Madriddən 90 km şimal-qərb tərəfə Eresma və Klamores çaylarının arasındakı yüksəklikdə yerləşir. Toledo və Avila ilə birlikdə ispan paytaxtının yaxınlığında yerləşən üç şəhər-muzeydən biridir. 1985 ildən Seqoviya UNESCO nun ümumdünya irsi siyahısına daxildir.
Luis Seqoviya
Luis Covanni Seqoviya Veqa (isp. Luis Geovanny Segovia Vega; 26 oktyabr 1997, Kito, Ekvador) — Ekvador təmsilçilərindən olan El Nasyonal klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Seqoviya peşəkar karyerasına El Nasyonal klubunda başlamışdır. O, peşəkar karyerasında debütünü 25 iyul 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. Seqoviya ilk qolunu 27 avqust 2015-ci ildə El Nasyonal klubu ilə Kito şəhəri təmsilçisi olan Universidad Kito klubuna qarşı oyunda vurmuşdur. == Milli karyerası == 2017-ci ildə Seqoviya Ekvadorun gənclərdən ibarət milli komandası ilə Ekvadorun ev sahibliyi ilə keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Seqoviya Çili, Paraqvay, Venesuela, Uruqvay, Argentina və iki dəfə Kolumbiya və Braziliya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Seqoviya akveduku
Seqoviya akveduku — İspaniyanın Seqoviya şəhərində Qərbi Avropada Qədim Romadan qalmış ən uzun akveduk. Uzunluğu 728, hündürlüyü 28 m. Çoxkilometrlik yerüstü su kəmərinin bir hissəsi. Ehtimal ki Vespasianın dövründə inşa edilib. Yuneskonun Ümumdünya irsinə daxildir.
Seqoviya Əlqasarı
Seqoviya Əlqasarı (ispan Alcázar ərəb القصر‎‎ — əl-qəsr), - İspaniya krallarının Seqoviyanın tarixi hissəsinin mərkəzində yerləşən qəsri (İspaniyanın Kastiliya və Leon əyaləti). Mərkəzi Quaddarama dağlarındakı (Mərkəzi Kordilyerin hissəsi)Eresma ilə Klampres çaylarının qovuşmasında, qaya üzərində yerləşir. Qayada yerləşməsi onu İspaniyanın ən gözəl və tanınan qəsrlərindən edir. Əlqasar əvvəlcədən qala kimi inşa edilsə də, sonralar kral sarayı, dövlət həbsxanası, kral artilleriya akademiyası da olub. Seqoviya Əlqasarı, başqa əlqasarlar kimi, ərəb qalası kimi yaranıb. Əlqasar haqqında ilk məlumat 1120 ilə (o vaxt xristianlar artıq 32 il idi ki müsəlmanları Seqoviyadan qovmuşdular) aid olsa da, arxeoloji qazıntılar göstərir ki, Əlqasarın yerində hələ Qədim Roma vaxtından hərbi istehkam vardı. Bu versiya başqa vacib abidə ilə təsdiq olunur - romalıların tikdiyi Seqoviya akveduku ilə. Qəsrin ilkin adı naməlumdur, 1122 il sənədində o sadəcə "Eresma yanındakı təpənin üstündəki qala" adlandırılır. Lakin artıq 1155 ildə, Əlqasar kimi qeyd olunur. Bu vaxtın yadigarı kimi şimal tərəfdəki qalereya və, kralın ispan-mavritan tərzində tərtib edilmiş və Böyük zala bitişik daxili otaqları qalıb.
Surovıy adası
Surovıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Komsomoles adasından 500 m qərbdə, Jurajlyov körfəzində, Klin buxtasınln girəcəyində yerləşir. Cənub-qərbdən şimal-şərqə uzanır. Uzunluğu 4,5 km, eni 1,7 km enə təşkil edir. Maksimal hündürlük 11 metrdir. Cənun və şimala doğru axarlar axır. Qərb sahilinə yaxın 500×400 m olan göl vardır. Şimal sahili sıldırımlıdır. Cənub sahili isə hamardır.