Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şintoizm
Şintoizm və ya Şinto (yap.神道, şinto, "tanrıların yolu") — Yaponiyanın ənənəvi dini. Qədim yaponların animist inanclarına əsaslanır və ibadət obyektləri çoxsaylı tanrılar və ölülülərin ruhudur. Etimoloji cəhətdən yaponca iki sözün birləşimindən yaranmışdır. Şin tanrılar və ya ruhlar, to isə yol deməkdir. Tarix boyu şintoizm daha çox buddizm və konfutsiçiliyin təsirlərinə məruz qalmışdır. Qədim yaponlar onları əhatə edən təbiət hadisələrinin, bitki və heyvanların, ölmüş əcdadlarının ruhları olduğunu deyir, onlara sitayiş edirdilər. Şintoizmdə həmçinin totemizm, animizm və digər ibtidai dinlərin də təsiri aşkar şəkildə əks olunmuşdur. Hazırda Yaponiyada şintoistlərin 80 minə qədər məbədi, 119 milyondan artıq bu inananı var. Yaponiyadan başqa şintoizm ancaq Havayda və Braziliyada yayılmışdır ki, bu həmin ərazilərdə yapon imiqrantlarının çox olması ilə əlaqəlidir. Şintoizmdə əsas yerlərdən birini də, Kami inancı tutur.