Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Simuşir
Simuşir adası — Kuril adalarına daxil olan Böyük Kuril cərgəsinə aid ada. İnzibati cəhətdən Saxalin vilayəti Kuril şəhər dairəsinə daxildir. Adada hazırda yaşayış yoxdur. == Yerləşməsi və təbiəti == Simuşir adası şimal-şərqdən cənub-qərbə 59 km məsafədə uzanır. Adanın eni 4 – 15 km arasında dəyişir, orta eni isə 11 km-dir. Adanın sahəsi 353 km²-dir. Maksimal hündürlüyü 1539 metrdir (Miln dağı). Fajtiki olaraq ada üç vulkanın əmələ gətirliyi dağ massivlərinin birləşməsindən əmələ gəlmişdir. Bu dağ massivləri bərzəxlərlə birləşirlər. Adada 3 vulkan vardır: Prevo vulkanı (1360 m), Zavariski vulkanı (625 m), Qoryaşaya Sopka (873 m).