Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Skaniya
Skaniya və ya Skoneland (isv. Skåneland, Skånelandskapen; lat. Terra Scania, Terra Scaniae; dan. Skånelandene) — İsveçin cənubunda tarixi vilayət. Danimarkanın keçmiş üç vilayəti olan Skone, Halland və Blekingedən ibarətdir. 1658-ci ilə qədər Şərq vilayətləri adı altında Danimarkanın tərkibində olmuşdur. Daha sonra İsveçə verilən, lakin sonradan Danimarkaya qaytarılan Bornholm adası da bəzən Skaniya daxil edilir.Dil baxımından Skaniya İsveçin qalan hissəsindən kəskin şəkildə fərqlənir, çünki Skaniya dialekti İsveç dilindən daha çox Danimarka dilinə yaxındır. == İstinadlar == == Əlavə ədəbiyyat == Alenäs, Stig (2003). Loyalty — Rural Deans — Language Studies of 'Swedification' in the Church in the Lund Diocese during the 1680s. (Lojaliteten, prostarna, språket.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edirDil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.