Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skripka
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Skripkaçı
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Saytlararası skript
Saytlararası skript (ing. Cross-site scripting) – veb sistemlərinə hücum növlərindən biri. Veb-səhifəyə zərərli kodun yerləşdirilməsinə və bu kodun bədniyyətlinin veb-serveri ilə qarşılıqlı əlaqəsindən ibarətdir (zərərli kod veb-səhifəni açan istifadəçinin kompüterində yerinə yetirilir). Zərərli kodu veb-serverdə olan boşluqdan və ya istifadəçinin kompüterindəki boşluqdan istifadə etməklə veb-səhifəyə yerləşdirmək olar. XSS hücumlarının dəqiq təsnifatı yoxdur, lakin ekspertlərin çoxu XSS-in ən azı iki növünü fərqləndirirlər: “əks olunmuş XSS” (“reflected XSS”) və “saxlanılan XSS” (“stored XSS”). Termin üçün “XSS” qısaltması kaskad stil cədvəlləri üçün istifadə edilən “CSS” (Cascading Style Sheets) qısaltması ilə səhv salmamaq üçün istifadə edilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Azad Əliyev (skripkaçı)
Azad Həmzə oğlu Əliyev (13 mart 1928, Gəncə – 17 avqust 1994, Ankara) — skripkaçı, Azərbaycanın əməkdar artisti (1959), Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == 1951–1971-ci illərdə Azərbaycan Dövlət Simli Kvarteti tərkibində çıxış etmişdir. Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olmuşdur. Repertuarına rus və Qərbi Avropa bəstəkarlarının əsərləri də daxil idi. Kvartetin tərkibində Beynəlxalq müsabiqələrin laureatı və diplomantı olmuşdur. 1970–1976-cı illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, 1951-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olmuşdur.
Ceyhun İsmayılov (skripkaçı)
Ceyhun Təhmasib oğlu İsmayılov (Maestro Ceyhun; 27 iyun 1975, Sumqayıt) — musiqiçi, skripka ifaçısı, Azərbaycanın əməkdar artisti (2015). == Həyatı == Ceyhun İsmayılov 1975-ci ildə Sumqayıtda doğulub. Əslən Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunda və Konservatoriyada təhsil alıb. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Skripkaçı (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Zəhra Quliyeva (skripkaçı)
Zəhra Teymur qızı Quliyeva (d. 23 avqust 1951, Bakı) — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Zəhra Quliyeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 1959–1970-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1970-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olduqdan sonra burada Sərvər Qəniyev və M.Tağıyevin siniflərində təhsil almış və buranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Zəhra Quliyeva 1976–1978-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının aspiranturasında assistent-stajor bölməsində Boris Qutnikovun sinfində təhsilini davam etdirmişdir. == Fəaliyyəti == Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə Rostov şəhərində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlə çıxış etmiş, Leninqrad Dövlət Konservatoriyasında təhsilini davam etdirdiyi zaman isə burada bir sıra konsert salonlarında çıxış etmiş və Qərb bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa etmişdir. O, 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə başlamışdır. Həmin ildən 1993-cü ilədək burada "Simli alətlər" kafedrasında müəllim işləmişdir. Zəhra Quliyeva 1983–1990-cı illər arasında Azərbaycan Dövlət Televiziyasında "Zəriflik" adlı müəllif proqramını yaradır.
Marsel Kipaç
Marsel Kipaç (12 fevral, 1894 - 12 avqust, 1915) — Elektronika, maqnetizm, akustika, səs siqnallarının ötürülməsi sahələri üzrə xorvat ixtiraçı. == Haqqında == Marsel Krijevtsıda nüfuzlu Kipaç ailəsində anadan olmuşdur. Kipaç ailəsi Krijevtsıya XIX əsrin əvvəllərində gəlmiş və şəhərdə nüfuzlu ailəyə çevrilmişdir. O, Berlində iqtisadiyyat, Şarlottenburqda isə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 16 mart 1910-cu ildə Berlində 15 yaşlı oğlan - Marsel dəmir və ya maqnitik gücün köməyi olmadan şimalı göstərə bilən dəniz kompası hazırlamışdır. O, təkmilləşdirilmiş versiyanı 20 dekabr, 1911-ci ildə Londonda patentləşdirdi. Fransada o arabanın işıqlandırılması üçün dinamonu patentləşdirdi. Bu ixtira elektrik generatorun arabanın mexaniki sürücüsü ilə kombinəedilmiş versiyası idi. Onun "kiçik transformatoru" aşağı gərginlikdə "Kipaç-Veyland Sistemi" nə uyğun olaraq geniş tətbiq olundu. O elektrikin qidalandırma blokunu söndürməyi də patentləşdirib.
Skripka üçün iyirminci sonata (Motsart)
Skripka üçün iyirminci sonata C Major- da ( K. 303 / 293c) Volfqanq Amadey Motsartın 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələmişdir və həmin il Motsartın Mariya Yelizabetə həsr olunmuş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Adagio - Allegro Molto - Adagio Tempo di Menetto == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Tamamilə Motsart: Wolfgang Amadeus Motsartın Musiqi əsərlərinə bələdçi . New York: WW Norton .
Skripka üçün on doqquzuncu sonata (Motsart)
Skripka üçün on doqquzuncu sonata — E-Flat Major ( K 302 / 293b) -da Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ilin mart ayında Almaniyanın Mannheim şəhərində bəstələnmişdir. Əsər ilk dəfə elə həmin ildə Motsartın Mariya Yelizavettaya həsr edilmiş Opus 1 kolleksiyasının bir hissəsi olaraq nəşr edilmişdir. Əsər iki hərəkətdən ibarətdir: Allegro Andante Grazioso == İstinadlar == Zaslaw, Neal; Cowdery, William (1990). Motsartın bütün əsərləri: Volfqanq Amadey Motsartın musiqi əsərlərinə bələdçi . New York: WW Norton .