Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darya Skrupnik
Darya Skrupnik (12 dekabr 1987) — belaruslu cüdoçu. Darya Skrupnik Belarusu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Darya Skrupnik birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 52 kq çəkidə, 1/16 final mərhələsində Almaniyanın nümayəndəsi Maren Krey ilə üz-üzə gəldi. Həmin görüşdə Darya Skrupnik rəqibinə 1:11 hesabı ilə uduzdu.
Vladimir Kramnik
Vladimir Kramnik (rus. Влади́мир Бори́сович Кра́мник; 25 iyun 1975, Tuapse, Krasnodar diyarı) — rus şahmatçısı, qrosmeyster, 2000-ci ildən 2006-cı ilədək Klassik Dünya Çempionu, 2006-cı ildən 2007-ci ilədək Dünya Çempionu. 2000-ci ildə Londonda Harri Kasparova 16 oyunluq bir maçta qalib gəlmişdir. Bu maç FİDE üçün rəsmi dünya çempionatı sayılmasa da ümumi olaraq 2000-ci ildə Kramnik dünya çempionu hesab edilmiş, Kasparov bu maçdan bir qədər sonra 2005-ci ildə şahmatı buraxdığını açıqlamışdır. == Naliyyətləri == Olimpiadalarda üç dəfə komanda ilə, üç dəfə isə şəxsi qızıl medal qazanmışdır. Avropa (1992) və Dünya (2013) Komandalar arası Çempionatlarda qızıl medallar qazanmışdır. Kramnik sonuncu Şahmat üzrə Dünya Kubokunun qalibidir (2013). İki dəfə (2000, 2006) Şahmat Oskarına layiq görülmüşdür. Əhəmiyyətli turnirlərdə ilk ən böyük uğuru 1992-ci ildə Manilada keçirilən 33-cü Şahmat Olimpiadasında Rusiya komandasının birinci ehtiyat oyunçusu kimi qızıl medal qazanması olmuşdur. O zaman onun seçilməsi birmənalı qarşılanmamışdı, çünki 16 yaşı vardı və qrosmeyster deyildi, lakin bu seçimi Harri Kasparov dəstəklədi.