Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Konstantin Slavin
Konstantin Slavin (tam adı: Konstantin Vladimiroviç Slavin; 1970, Bakı) — professor, tibb elmləri doktoru, İllinoys Universitetinin Neyrocərrahiyə üzrə professoru == Həyatı == Konstantin Slavin 1969-cı il 20 avqust tarixində Bakıda doğulub. 1982-88-ci (13 yaşında universitetə qəbul olunub) illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb, 1994-95-ci illərdə İllinoysda ümumi cərrahiyə üzrə təcrübə keçmişdir. 1998-99-cu illərdə Oreqon Səhiyyə və Elm Universitetinin Neyrocərrahi Əməliyyat Departamentində funksional və stereotaktik neyrocərrahiyyə proqramı təqaüdü çərçivəsində fəaliyyət göstərib. 1997-ci ildə yazılı, 2004-cü ildə şifahi olaraq Neyrocərrahiyyə üzrə ABNS imtahanlarını müvəffəqiyyətlə verib. 2013-cü ildə Neyrocərrahiyə heyətinin ABNS attestasiyasını da keçməyə müvəffəq olub. 2004-cü ildən Amerika Neyrocərrahlar Birliyinin üzvüdür. İndiyə kimi 17 təqaüd proqramı və mükafata layiq bilinib, 20-yə yaxın müxtəlif tibbi vəzifərlərdə çalışıb, 5 araşdırma həyata keçirib, 12 müxtəlif liderlik tələb edən vəzifələrdə fəaliyyət göstərib, 15-ə yaxın milli və yerli cəmiyyətlərin, 18 müxtəlif redaktə heyətlərinin üzvüdür, 60-ya yaxın elmi mövzulu tezis və kitablara rəy verib, 4 kitabın müəllifi, 33 kitabın həmmüəllifi, 105 elmi məqalə müəllifi, 89 elmi şərhin, 125 tezisin müəllifidir. 58 müxtəlif oral təqdimatlarda, 6 elektron təqdimatda natiqlik edib. 127 müxtəlif mühazirələrə qonaq mühazirəçi kimi dəvət olunub.
Marian Slavik
Marian Slavik (6 fevral 1946) — Rumıniyalı keçmiş üzgüçü. Marian Slavik Rumıniyanı 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında 3 yarış növündə təmsil etdi. == Karyerası == Marian Slavik birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 55.35 saniyəlik nəticəsi ilə öz cığırında 6-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Slavik Kriklivı
Vyaçeslav (Slavik) Leonidoviç Kriklivı (ukr. В'ячеслав Леонідович (Славік) Крикливий; 1 iyul 1976, Zaporojya) — Ukrayna bal rəqqası, peşəkarlar arasında dünya çempionatının qalibi. == Həyatı == Vyaçeslav Leonidoviç Kriklivı 1 iyul 1976-cı il tarixində SSRİ respublikalarından olan Ukrayna SSR-nin Zaporojya şəhərində həkim ailəsində anadan olmuşdur. O, beş il üzgüçülük ilə məşğul olmuşdur. Kriklivı 1987-ci ilin payızında ailəsi ilə birlikdə Melitopol şəhərinə köçmüşdür. O, burada Latın Amerikası rəqs proqramını öyrənməyə başlamışdır. Kriklivı 1990-cı illərdə Kiyevə köçmüş və burada çıxış etmişdir. Vyaçeslav Kriklivı 1998-ci ilin martında Ukrayna çempionu olmuşdur. O, bir həftə sonra Belçika çempionu Coanna Lünis ilə cütləşmişdir. Dünya Rəqs İdmanı Federasiyasının məlumatına görə, Kriklivı 1999-cu ildə Lünis ilə birlikdə Dünya Çempionatının gümüş medalını, bir il sonra həvəskarlar arasında Dünya və Avropa Çempionatının qızıl medalını qazanmışdır.
Slavik Alxasov
Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov, ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi. == Həyatı == Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb. === Klub karyerası === Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
A.D.Slavin
Artur Daniel Slavin (ing. Arthur Daniel Slavin; 1903 – 1973) — ABŞ botaniki. == Əsərləri == Arthur D. Slavin. 1948. Soil conservation in action J.A. Xievwland, Arthur D. Slavin. 1928. Preservation of Monotropa and similar plants without discoloration. Proc. Indiana Acad. Sci.
Artur Daniel Slavin
Artur Daniel Slavin (ing. Arthur Daniel Slavin; 1903 – 1973) — ABŞ botaniki. == Əsərləri == Arthur D. Slavin. 1948. Soil conservation in action J.A. Xievwland, Arthur D. Slavin. 1928. Preservation of Monotropa and similar plants without discoloration. Proc. Indiana Acad. Sci.
Samit-sait yazısı
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir.
Salavat
Salavat (İslam) — Salavat (dağ) — Salavat dağı — Salavat şəhəri — Salavat mağarası — Salavat aşırımı-1 — Baş Qafqaz silsiləsində, Şəki rayonu ilə Dağıstanın sərhədində yerləşir. Hündürlüyü 2816 m. Salavat aşırımı-2 — Baş Qafqaz silsiləsində, Qəbələ və Quba rayonları sərhədində yerləşir.
Salvia
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Slavsk
Slavsk (rus. Славск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
İlvait
İlvait — mineral, CaFe22+Fe3+ [OHïOïSi2O7]. Fe2+ Mn-la əvəz olunur, MnO miqdarı 9%-dək. == Haqqında == İlvait - rombik. Habitus prizmatik. Ayrılması {010} və {001} üzrə orta. Aqreqat: dənəvər, şüalı-çubuqvari. Rəngi qara. Qeyri-şəffaf. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,1.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Savat
Savat (fr. Savate; digər adları: boxe française, fransız boksu, fransız kikboksu) — Parisdə küçə döyüşü kimi başlanan və müstəqil idman növünə çevrilmiş fransız döyüş sənəti. == Tarixi == Savate XVIII əsrdə yaranmağa və inkişaf etməyə başlamışdır. Əvvəldən yalnız ayaqların istifadə edildiyi və əl zərbələrinin istifadə edildiyi bir idman idi. Əlləri çox az hücum üçün xidmət edərkən, əllər daha çox hücum üçün istifadə edildiyi üçün kapoeiraya bənzəyir. 1845-ci ildə bir Savate döyüşçü, Ouen Svift adlı ingilis boksçusu ilə döyüşməyə getdi, nəticədə Savate döyüşçüsünü tamamilə məğlub etdi. Bu, Fransız boksu adlandırılmağa başlanan döyüşdən sonra yumruqları birləşdirməyə başlayaraq başladı və inkişaf etdi. == Ümumi məlumat == Bu döyüş idman növündən həm əllər, həm ayaqlar qərb boksu və ayaq zərbəsi ilə birləşdirilmiş şəkildə istifadə olunur. Müasir savatedə (fransız boksu) boks əlcəklərindən istifadə edərək zərbələr vurulur. Təpik zərbəsi (qabırbağaya, buruna, ayağa, dabana) vurulmasına görə müasir avropa (kikboksinq) və asiya (muay tay) analoqlarından fərqlənir.
Plavt
Tit Maksi Plavt (lat. Titus Maccius Plautus, çox vaxt sadəcə — Plavt; e.ə. 250 – e.ə. 184, Roma) — görkəmli qədim Roma komediyaçısı, “palliatalar” ustası. O, 130-a yaxın komediya yazmış, onlardan 20-si dövrümüzə qədər gəlib çatmışdır.
Andre Salvat
Andre Salvat (1920 - 2017) — Fransa Ordusunun polkovniki.
Eria suavis
Eria coronaria (lat. Eria coronaria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin eriya cinsinə aid bitki növü. == Sinonimləri == Coelogyne coronaria Lindl. (1841) (Basionym) Trichosma suavis Lindl. (1842) Eria cylindripoda Griff. (1851) Trichosma cylindropoda Griff. (1851) Eria suavis (Lindl.) Lindl.
Klaviş kodu
Klaviş kodu(key code, код клавиши,tuş kodu)-klaviaturada konkret klavişə mənimsədilən və onun basıldığını tanımaq üçün istifadə olunan unikal ədədi kod. Klaviş kodu klavişin üzərində olan nə hərf, nə rəqəm, nə simvoldur, nə də klavişi basdıqda generasiya olunan kod cədvəlinin elementidir; bu klavişin özünün xüsusi idenfikatorudur. Klaviş kodu termini ən çox Apple Macintosh kompüterlərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Salavat (Meşkinşəhr)
Salavat (fars. صلوات‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 970 nəfər yaşayır (200 ailə).
Salavat (dağ)
Salavat dağı — Baş Qafqaz silsiləsinin şərqində yerləşən zirvə. Dağ Azərbaycan ilə Rusiya (Dağıstan) arasında sərhəddə yerləşir. == Təsviri == Dağ 3642 metr hüündürlüyə malikdir. Burada yerləşən Salavat aşırımından (2829 m) Hərbi-Axtı yolu keçir. == Mənbə == Салават, гора // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
Salavat (İslam)
Salavat — İslamda Həzrəti Peyğəmbər, onun ailəsi, bəzən də Əshabı üçün edilən dua. Ərəbcəsi belədir: (صلی الله علیه و آله و سلم). Tərcüməsi isə belədir: Allah Muhəmməd və ailəsinə salavat və salam göndərsin. Bu dua adətən islam peyğəmbəri Məhəmməd peyğəmbərin (s) adından sonra işlənir və onun özünə və Əhli-beytinə (ə) salavat, salam və dua olaraq deyilir. == Salavatın variantları == 1. Sallallahu aleyhi və alihi və səlləm 2. Əleyhissalam 3. Aleyhi-s-salatu vəs-salam 4. Sallallahu aleyhi və səlləm 5. Əssalatu vә-s-salamu alә Muhammәdin vә alә alihi vә әshabihi әcmәin == Salavatın qısa yazılması == 1.
Salavat (şəhər)
Salavat — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Salavat Fatxetdinov
Salavat Fatxetdinov (tatar. Салават Зәки улы Фәтхетдинов; 10 yanvar 1960, Aksayet[d], Başqırd MSSR) — müğənni, Tatarıstanın xalq artisti, Rusiyanın əməkdar artisti, Başqırdıstan Respublikasının xalq artisti, avtoidmanında beynəlxalq idman ustası, Tatarıstan Respublikası ağırlıq qaldırma federasiyasının prezidenti, Rusiya uşaq fondunun Tatarıstan filialının direktoru, Ulyanovsk vilayətinin əməkdar mədəniyyət işçisi (2010), Kazan Dövlət Mədəniyyət İnstitutunun professoru. == Bioqrafiyası == Salavat Fatxetdinov 10 yanvar 1960-cı ildə SSRİ, Başqırdıstan MSSR-nın Təteşle rayonunun Aksayet kəndində anadan olmuşdur. Milliyyətcə - tatardır. Orta təhsil aldıqdan sonra Sterlitamak mədəni maarif məktəbində oxuur. 1977-1979-cu illərdə Təleşe rayonunun İlmetovo kəndindəki kənd Mədəniyyət Evinin direktoru vəzifəsində çalışmışdır. 1979-1981-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1981-1989-cu illərdə Aksayet Musiqi Klubları Sisteminin direktoru vəzifəsində çalışıb. Klubda bir neçə il çalışdıqdan sonra Salavat 1989-cu ildə məzun olduğu Kazan Mədəniyyət İnstitutunun rejissorluq şöbəsinə daxil olur. 1989-2000-ci illərdə Yar Çallı şəhərində yaşayır.
Salavat Kusimov
Salavat Kusimov (8 mart 1942, Kirovabad) — Ufa Dövlət Aviasiya Texniki Universitetinin prezidenti, UDATU rektoru (1992–2003), Başqırdıstan Respublikası Qurultayının deputatı (2003-2008), rus alim, texniki elmlər doktoru, professor. == Bioqrafiyası == İkinci Dünya müharibəsi qəhrəmanı general Tahir Qasımovun oğludur. === Təhsil və fəaliyyət === Moskva Energetika Universitetinin mühəndis elektrik fakültəsini bitirmişdir (1965). Elmlər namizəti (1971) və professordur (1991). Sovet İttifaqı ixtiraçı müəllifi (1985), Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (1998), Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (1993), Beynəlxalq Ali Təhsil Elmləri Akademiyasının (1994), Petrovski Elmlər və İncəsənət Akademiyasının (1994), Petrovski Keyfiyyət Problemləri Akademiyasının (1995), Başqırdıstan Respublikasının Elmi və Tədrisə Yardım üzrə Dövlət İdarəetmə Şurasının, Başqırdıstan İctimai Təhlükəsizlik Şurasının üzvü, Nümayəndələr Palatasının müavini, millət vəkili. əvvəllər Başqırdıstan Respublikası Dövlət Assambleyasının sədri. "Şərəf nişanı" ordenli (1985). Kompleks texniki obyektlərin, optik-mexanik sistemlərin, adaptiv lazer optiklərinin idarə olunmasında mütəxəssisdir. Elmi istiqaməti — yüksək lazer radiasiyasının parametrlərinə nəzarət etməkdir. Elmi araşdırmalarının nəticələri aviasiya sənayesində tətbiq olunur.
Salavat Qaysin
Salavat Muxtar oğlu Qaysin (başq. Ғайсин Салауат Мөхтәр улы, rus. Гайсин Салават Мухтарович; 24 fevral 1940, Rəsul, Başqırd MSSR – 5 yanvar 2023) — Rusiya təsərrüfat xadimi, 1992–2011-ci illərdə Başinformsvyaz ASC-nin baş direktoru. 12-ci çağırış Başqırdıstan MSSR Ali Şurasının üzvü, 3 və 4-cü çağırış Başqırdıstan Respublikası Qurultayının deputatı. == Həyatı == Salavat Qaysin 1958-ci ildən 1959-cu ilədək Uçalı şəhərində tikinti trestinin daşyonan-dülgər kimi işləmişdir. 1964-cü ildə Novosibirsk Elektrotexnika Rabitə İnstitutunun telefon və teleqraf rabitəsi ixtisasınl bitirmişdir. 1965–1975-ci illərdə baş mühəndis, sonra isə Beloretsk istismar və texniki rabitə qovşağının rəhbəri olmuşdur. 1976-cı ildən BMSSR Texniki İstehsal Rabitəsi İdarəsinin (TİRİ) rəhbər müavini vəzifəsinə keçir və 1987-ci ilin noyabr ayında yekdilliklə müəssisə rəhbəri seçilir. 1992-ci ildə BMSSR TİRİ Başinformsvyaz ASC-yə çevrilməsindən sonra Salavat Qaysin 2011-ci ilə qədər şirkətə rəhbərlik edərək baş direktor vəzifəsində işləyirdi. 1990–1995-ci illərdə BMSSR Ali Şurasının deputatı olmuşdur, Başqırdıstan parlamentinin Nümayəndələr Palatasının deputatı seçilmişdir, Başqırdıstan Respublikası Hökumətinin üzvü olmuşdur.