Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stoqovo
Stoqovo (mak. Стогово) — Makedoniya Respublikasının qərb hissəsində yerləşən dağ massivi. Onun ən hündür zirvəsi Qolem-Rid dağıdır. Zirvənin maksimal hündürlüyü 2273 metrdir. Digər zirvələr: Banın-Sırt (2241 m), Stoqovo (2218 m), Kaneş (2216) və hündürlüyü 2000 metrdən yuxarı olan 7 zirvə. Dağlar qərbdə Qara Drin, şərqdə isə Sateska çayları arasında yerləşir. Şimaldan Bıstra-planina dağları ilə sərhədlənir. Stoqovo cənubda Qaraorman dağları ilə birləşərəK vahid dağ massivi əmələ gətirir. Bu massivin ümumi sahəsi 522 km² təşkil edir. Atoqovo massivi cavan dağlardan hesab edilir.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. Boşboğaz (film, 1978) / rus.