Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blijnıy adası
Blijnıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasının şimalında Fiqurnıy burnundan 300 m aralıda yerləşir. Bir qədər uzunsov formaya malikdir. Uzunluğu 1,8 km, eni 1,3 m təşkil edir. Adanın səthi hamardır. Mərkəzi hissəsində 47 metr hündürlüyə sahibdir. Adada göl və çay yoxdur. Blijnıy adasından şərqdə Kosistıy adası, 500 m şimal-şərqdə Sredniy adası yerləşir.
Vinsent Qlojnik
Vinsent Qlojnik (slovak. Vincent Hložník) — Slovak rəssamı, qrafikaçı, illüstrator, heykəltaraş və müəllim, Ferdinand Qlojnikin qardaşı. O, Slovakiya təsviri sənətinin ən mühüm nümayəndələrindən biri, İkinci Dünya müharibəsi rəssamları nəsli, ekspressionizmin nümayəndəsidir. O, dünya və milli ədəbiyyatın yüzdən çox əsərini illüstrasiya edib. Əsərlərində əsasən İkinci Dünya müharibəsi hadisələrinə reaksiya verib. O, bu barədə 1994-cü ildə Bratislavada Slovakiya Televiziyası tərəfindən çəkilmiş "Profillər" seriyasından "Vinsent Qloznik" sənədli filmində danışır (ssenarisi Tatyana Sinekova, rejissor Fyodor Bartko). Vinsent Qlojnik uşaqlığını keçirdiyi sahildə Vah çayı boyunca Zilinadan təxminən on kilometr aşağıda yerləşən Svedernik kəndində anadan olub. Ailədə beş uşaq olan Vinsent Qlojnik, onların arasında ən böyüyü idi. Uşaq ikən rəsm çəkməyi çox sevirdi və on dörd yaşından əsərlərinə imza atmağa başlayır. O, Svedernik bələdiyyə məktəbində oxuyub, burada istedadını rəssamlıq müəllimi Zdenek Balaş kəşf edib.
Slonim teleqülləsi
Slonim televiziya qülləsi (Slonim təkrarlayıcısı) - Belarus Respublikasının Qrodno vilayətinin Slonim rayonunun Novaya Straza kəndində televiziya və radio yayım qülləsi. == Maraqlı faktlar == 1965-ci ildə qurulan zaman Avropanın ən yüksək televiziya qülləsi idi 1965-ci ildə quraşdırılması zamanı elektromaqnit sahələrinin təsiriylə polad çərçivə deformasiya etməyə başladı. Dizayn qəribə formalı bir ilan kimi forma almağa başladı. Bina gözlənildiyi kimi elektromaqnit dalğalarının xüsusi qəbuledicilərini tutmaq üçün idi .