Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lusaka
Lusaka (ing. Lusaka) — Zambiyanın paytaxtı, onun siyasi, iqtisadi və mədəni mərkəzi. Əhalisi — 1 451 145 nəfər (2010-cu il). == Əhali, dil, din == Lusaka Zambiyanın ən iri şəhəridir. Etnik tərkibi müxtəlifdir, əsasən bantu dil qrupuna daxil olan xalqlar - bamba, tonqa, lozi, nyanca, malavi, nyandaka və s. xalqlar yaşayır. Az sayda Avropa xalqlarının nümayəndələri də yaşayır. Rəsmi dil ingilis dilidir. Məişət səviyyəsində bantu dillərində danışılır. Əhalinin böyük hissəsi ənənəvi dinlərə sitayiş edir, həmçinin katolik və protestant olan xristianlara da rast gəlinir.
Lusaka Universiteti
Lusaka Universiteti (ing. University of Lusaka) — Zambiyanın paytaxtı Lusaka şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 2007-ci ildə qoyulmuşdur.
Suraka ibn Malik
Suraka ibn Malik (VI əsr, Ərəbistan yarımadası – 645, ərəb. سراقة بن مالك‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. == Bioqrafiya == Mudlic qəbiləsindən idi. O, Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı, Qureyşlilərin Məkkə yaxınlığındakı bütün qəbilələrə Məhəmmədi diri və ya ölü onlara çatdıra biləcək hər kəsə 100 dəvə verməyə hazır olduqlarını bildirməsi ilə məşhurlaşır. Suraka mükafat almağa qərar verdi və Məhəmmədin axtarışına çıxdı. Səhrada xeyli məsafə qət edən Surakının atı büdrəməyə başlayır. Artıq qayıtmaq qərarına gələn Suraka Peyğəmbəri 2 səhabə ilə görüb, ona ox atmaq istəyir, lakin əli yerində donub qalır. Atının ayaqlarının quma batmağa başladığını gördü. Sonra Suraka Peyğəmbərə üz tutur, ondan atını buraxmasını istəyir və təqibi dayandıracağına söz verir. Peyğəmbər Allaha dua edir və atın ayaqları möcüzəvi şəkildə qumdan azad olur, lakin Suraka vəd edilən mükafatı xatırlayır və yenə Peyğəmbərin arxasınca getməyə başlayır.
I Haşim ibn Suraka
I Haşim - Dərbənd Haşimiləri sülaləsindən olan ilk müstəqil Dərbənd əmiri. == Hakimiyyəti == 861-ci ildə əmir olmuşdu. Ərəb xilafətinin içində gedən ara müharibələrindən istifadə edərək 869-cu ildə müstəqil olmuşdu. Tarix əl-Babda ədalətli hökmdar olduğundan bəhs olunur. 876-cu ildə Sərirə hücum etmişdi. 878-ci ildə yenidən hücum edərək böyük qənimətlərlə qayıtdı. 884-cü ildə vəfat etdi, yerinə oğlu Ömər keçdi.