Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Slupsk
Slupsk (pol. Słupsk) — 98.757 nəfər əhalisi olan, Polşanın şimalındakı Pomeraniya vilayətində şəhər. 43.15 km2 sahəyə malikdir. Mərkəzi Statistika Bürosuna əsasən Slupsk, ölkənin ən sıx əhalili şəhərlərindən biridir. Baltik dənizi yaxınlığında və Slupia çayı üzərində yerləşən şəhər, Slupsk qraflığının mərkəzidir və 1999-cu ilə qədər Slupsk vilayətinin paytaxtı olmuşdur. Kobalniça və Qimnya Slupsk kəndləri ilə qonşudur. Slupsk Erkən Orta Əsrlərdə Pomeraniyada yaşayış məskəni olaraq bilinirdi. 1265-ci ildə şəhər hüququ verilib. İkinci Dünya müharibəsindən sonra şəhər azad edilmiş rayonların bir hissəsi kimi Polşaya təyin edildi. == Coğrafiyası == === Sərhədləri === İnzibati olaraq, 46 kənddən ibarət olan şəhərdir.
Çhusok
Çusok (Koreya: 추석; Hanja: 秋夕; [tɕʰu.sʌk̚], sözün əsl mənasında "payız axşamı"), həmçinin Hanqavi (Hangul: 한가위; [han.ɡa.ɥi]; arxaik Koreya dilindən "payızın böyük ortası"kimi də tanınır) böyük payız ortası məhsul festivalı və tam ayda ay təqviminin 8-ci ayının 15-də qeyd olunan Cənubi Koreyada üç günlük bayramdır. Şimali Koreyada onlar yalnız çusok gününü qeyd edirlər. Dünyadakı bir çox digər məhsul festivalları kimi, bu da payız bərabərliyi ətrafında, yəni yazın ən sonunda və ya payızın əvvəlində keçirilir. Cənubi Koreyada ən böyük ənənəvi bayramdır. Yaxşı məhsulun bayramı olaraq koreyalılar öz ata-baba məmləkətlərini ziyarət edir və sonqpyon (Koreya: 송편; Hanja: 松䭏), yakqva, Asiya armudu və hallabonq kimi meyvələr və şindocu (Koreya: 신도주; Hanja: 新稻酒) və donqdonqcu (Koreya: 동동주; Hanja: 浮蟻酒) kimi düyü şərabları kimi Koreya ənənəvi yeməklərindən ibarət ziyafəti bölüşürlər. Çusok ilə bağlı iki əsas ənənə var: Çarye (Koreya: 차례; Hanja: 茶禮, evdə əcdadların anım mərasimləri, həmçinin Cesa kimi tanınır) və Sonqmyo (Koreya: 성묘; Hanja: 省墓, ailənin əcdadların məzarlarına ziyarəti), adətən Bolço (Koreya: 벌초; Hanja: 伐草, qəbirləri səliqəyə salmaq, ətrafdakı alaq otlarını təmizləmək) ilə müşayiət olunur. Digər əsas adət ailənin əcdadlarına qurban olaraq sevimli yeməklərini hazırlamaqdır. == Mənşəyi == Məşhur inanca görə, Çusok Qabe (Koreyaca: 가배; Hanja: 嘉俳·嘉排) mənşəlidir. Qabe, Şilla krallığının üçüncü padşahının dövründə (e.ə. 57 — eramızdan əvvəl 935) iki komanda arasında bir ay davam edən toxuculuq yarışı zamanı başladı.
Nikita Xlusov
Nikita Nikolayeviç Xlusov (rus. Никита Николаевич Хлусов; 16 yanvar 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Xlusov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Sursok muzeyi
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir. == Tarixi == Sursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir . Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur . Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu . Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir.
Çağatay Ulusoy
Çağatay Ulusoy (d. 23 sentyabr, 1990, Türkiyə, İstanbul) — Türk model və aktyorudur. == Həyatı == 1990-cı ildə İstanbul Bakırköydə anadan olub.
Fərəc Ulusoy
Fərəc Quliyev və ya Fərəc Ulusoy (tam adı: Quliyev Fərəc İbrahim oğlu; 22 dekabr 1962, Üstüpü, Ordubad rayonu) — ictimai-siyasi xadim, istiqlalçı deputat, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədri. == Həyatı == Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili almışdır. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 oğlu var. Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə–könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir. 1995-ci ildə həbs edilmiş və 2002-ci ildə azadlığa buraxılmışdır. Həbsdə ikən 5 kitab və elmi-nəzəri məqalələr yazmışdır.
Luson adası
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.