Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meri Selest
Meri Selest (ing. Mary Celeste) — 4 dekabr 1872-ci ildə, Atlantik okeanında tərk edilmiş şəkildə tapılmış kabus gəmi. Gəmi aşkarlananda qayıqlarından biri yox idi. Buna baxmayaraq gəmi yaxşı vəziyyətdə tərk edilmişdi. Dei Gratia gəmisi tərəfindən aşkarlanan Meri Selest gəmisi tapılan vaxt küləyin təsiri ilə Cəbəllütariq boğazı istiqamətində hərəkət edirdi. Gəmi bir ay əvvəl yola çıxmışdı, anbarda 6 aylıq ərzaq və su ehtiyatı vardı. Gəmidə üsyanın başladığı ehtimalı ən real ehtimallardan biri hesab olunurdu. Ancaq ərzaqlar və içkilər yerində idi; digər tərəfdən isə gəmi heyətində olan 7 şəxsin hamısının əşyaları da kabinalarda, toxunulmamış şəkildə qalmışdı. Bu hadisədən sonra gəminin kapitanı, həyat yoldaşı və kiçik qızından başqa, daha 4 nəfər barəsində bir daha məlumat almaq mümkün olmadı. Meri Selest gəmisinə qədər kabus gəmilər haqqında olan hadisələrin rəvayət olduğu düşünülürdü.
Qaç, Melos!
Qaç, Melos! (走れメロス, Haşire Merosu) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış novella. İlk dəfə 1940-cı ildə nəşr olunmuşdur. Yaponiya məktəblərində oxu materialı kimi tədris olunur. Novellanın əsas mövzusu dostluğa olan inamdır. == Məzmun == Melos ədalət anlayışı yüksək olan gənc, sadəlövh çobandır. O, insanlara güvənmədiyi üçün ailə üzvləri daxil olmaqla bir çox insanı öldürmüş tiran kral Dionisin torpaqlarında yaşayır. Melos kralın əməllərindən xəbər tutanda qəzəblənir və ona sui-qəsd təşkil etmək qərarına gəlir. Gizli şəkildə kralın Sirakuzda yerləşən qəsrinə daxil olsa da, yaxalanır və kralın hüzuruna gətirilir. Melos kralı öldürməyi planlaşdırdığını etiraf etsə də, kiçik bacısının toyunu təşkil etmək üçün edamının 3 günlüyünə təxirə salınmasını xahiş edir.