Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sistit
Sistit — sidik kisəsinin selikli qişasının iltihabı. Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 %-ində olur. Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur. Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır: sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz. menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri. Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər.
Aleksey Smertin
Aleksey Smertin vətənində "Uralan", Moskvanın "Dinamo" və "Lokomotiv", Fransada "Bordo", İngiltərədə "Çelsi", "Portsmut", "Çarlton" və "Fulhem" klublarında oynayıb. O, milli komandasında 55 oyun keçirib. Rusiya milli komandasının sabiq kapitanıdır. 2009-cu ilin ilin martında Altay vilayətinin deputatı seçilib. 2008-ci ilin sentyabrında "Fulhem"dən ayrıldıqdan sonra klubsuz qalan 34 yaşlı yarımmüdafiəçi 2009-cu ilin iyulunda futbolçu karyerasını bitirmək barədə qərarını açıqlayıb.
Mariya Şestiç
Mariya Şestiç (d. 5 may 1987, Banyaluka) — Bosniyalı musiqiçi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən 2007 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanı təmsil edib.