Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Smolar şəlaləsi
Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir. Şəlalə Lomnica çayı istiqamətində olan tektonik olaraq qeyri-sabit strukturda yerləşir. Şəlalənin töküldüyü hissədə dərin bir hovuz vardır. Bu hovuzun uzunluğu 5 metr, eni 11 metr, dərinliyi isə yerindən asılı olaraq 0,5–0,7 metr arasında dəyişir.