Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tosno
Tosno (rus. Тосно) — Rusiyada şəhər. Leninqrad vilayətinin Tosno rayonunun inzibati mərkəzi.
Şenonso qəsri
Şenonso qəsri (fr. Château de Chenonceau) — Fransanın Endr və Luara departameninin eyniadlı şenonso kəndində yerləşən orta əsrlər qəsr-muzeyi. Şenonso adlı böyük bir ərazinin ilk öncə sahibi De Mark adlı şəxs olmuşdur. Sonra o, bu ərazini maddi çətinliklərlə üzləşməsi nəticəsində hissə-hissə satmaq qərarına gəlmişdir. Tomas Boye adlı şəxs bu ərazini almış və onun yeni sahibi olmuşdur. Tomas bu ərazidə tikilmiş qəsri yeni üslubda tikdirmək qərarına gəlir və köhnə qəsri uçuraraq onun yerində yeni, gözəl Renassans stilində bir qəsr tikdirir. Qəsrin ətrafında isə çöx gözəl ağac və gül- çiçək bağları saldırır. Bu qəsrin tikintisinə Tomasın arvadı rəhbərlik edir və o, öz zövqü ilə tikintiyə bir çox əlavələr etdirir. Şenonso qəsri öz gözəlliyi ilə sanki cənnəti xatırladırdı. Qəsr tikilib başa çatdırıldıqdan sonra neçə-neçə qadınların könlünü fəth edir.
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. == Bioqrafiyası == 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Luici Nono
Luici Nono (it. Luigi Nono; 29 yanvar 1924[…], Venesiya[…] – 8 may 1990[…], Venesiya — İtaliya bəstəkarı. == Həyatı == Luici Nono 29 yanvar 1924-cü il tarixində İtaliyanın Venesiya şəhərində anadan olmuşdur. İtaliya Kommunist Partiyasının üzvü, 1975-ci ildə İtaliya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. İkinci Dünya müharibəsi illərində İtaliya Müqavimət hərəkatında iştirak etmişdir. Nono 8 may 1990-cı il tarixində, 66 yaşında Venesiya şəhərində vəfat etmişdir. == Yaradıcılığı == 1950-ci illərdə Nono Pyer Bulez və Karlhayns Ştokhauzen ilə birlikdə musiqidə avanqardizmin başçılarından olmuşdur. Nono "Federiko Qarsia Lorkaya epitafiya" (1953), "Yarımçıq mahnı" (1956; ölümə məhkun olunmuş Avropa Müqavimət hərəkatı mübarizlərinin, o cümlədən sovet vətənpərvərləinin məktubları əsasında), "Hiroşima körpüsündə həyat və məhəbbət mahnıları" (1962) kantataları, "1958-ci il Polşa gündəliyi" (1959; həbs düşərgələrini gəzdikdən sonra yazmışdır) orkestr kompozisiyası, "Dözülməzlik 1960" (1961), "Məhəbbətlə dolu böyük günəş altında" (1975) operaları, "Kabus dünyanı dolaşır" (1970) vokal-elektron kompozisiyası və s. əsərlərində aktual problemləri müasir mövzulara müraciət etmiş, faşizmə, zorakılığa qarşı çıxmışdır. Nono həmçinin, həyat gözəlliklərini vəsf edən lirik əsərlərin müəllifidir.
Soşo FK
"Soşo" Futbol Klubu (fr. Football Club Sochaux-Montbéliard, Fransızca tələffüz: [soʃo mɔ̃beljaʁ], FCSM və ya sadəcə Soşo olaraq da bilinir) — Fransanın Monbelyar şəhərini təmsil edən, Liqa 1-də oynayan və 1928-ci ildə qurulmuş olan peşəkar futbol klubu. Ev stadionu tutumu 20,000 nəfər olan Oqyust Bonal stadionudur. Klubun hal-hazırkı baş məqşçisi Piter Zidlerdir. == Heyəti == 3 sentaybr 2017 tarixində yenilənib == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Soşo-Monpelyar FK ilə əlaqəli mediafayllar var.
Sono Osato
Sono Osato (大里 ソノ, Osato Sono, 29 avqust 1919, Omaha, Nebraska – 26 dekabr 2018, Manhetten, Nyu-York ştatı) – yaponəsilli ABŞ rəqqasəsi və aktrisası. O, Orijinal Rus Baleti və Amerika Balet Teatrında çıxış etmişdir. İkinci Dünya müharibəsi dövründə səhnəyə qoyulmuş "Veneranın bir toxunuşu" və "Şəhərdə" müzikllarındakı çıxışlarına görə tanınır. == Həyatı və karyerası == Sono Osato 29 avqust 1919-cu ildə Nebraska ştatının Omaha şəhərində doğulmuşdur. Yapon olan atası fotoqraf idi. Kiçik yaşda ailəsi ilə birlikdə Çikaqo şəhərinə köçmüşdür. 8 yaşında ikən anası onu Sergey Dyagilevin ansamblının Monte-Karloda baş tutmuş "Kleopatra" performasına tamaşa etməyə aparmışdır. Bu hadisədən sonra Osatonun baletə qarşı böyük marağı yaranmış və Çikaqoya qayıtdıqdan sonra balet dərslərinə başlamışdır. 1934-cü ildə Vasili de Bazilin Orijinal Rus Baletinə seçilmişdir. O, ansambla seçilən ən gənc rəqqasə olmaqla yanaşı ansamblın ilk yaponəsilli üzvü olmuşdur.