Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Araxış sövməsi
Araxış — Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində yerləşən Ərikli kəndinin ərazisində, mövcud olmuş Araxış kəndinin mərkəzində və XVII əsrdə tikildiyi güman edilən sövmə. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. Məbəd hal-hazırda Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır.