Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sovremennik (jurnal)
"Sovremennik" (rus. Современник) — Aleksandr Puşkin tərəfindən yaradılan ictimai-siyasi və ədəbi jurnal. "Sovremennik" 1836–1866-cı illərdə Peterburqda işıq üzü görmüşdür. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub. == Tarixi == Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski, Jukovski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N.A. Nekrasov və İ.İ. Panevə verdi. Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Gertsen və Oqaryovu cəlb etməyi bacardı.