Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sosiska
Sosis (fr. Saucisse) — tərkibində ət və müxtəlif ədviyyatların olduğu, bəzən çiy, bəzən də bişirilərək yeyilən məmulat. Tərkibində ədviyyat olduğu üçün ilk olaraq Orta Şərq və Çində hazırlandığı düşünülür. Ət mədəniyyəti yayılan hər bölgədə buna bənzər yeməklər görmək mümkündür. e.ə 500-cü illərin Çin və Yunan mənbələrində sosiska haqqında qeydlər mövcuddur. == Tarixi == İlk sosisi 13 noyabr 1805-ci ildə Frankfurtdan Vyanaya köçmüş alman qəssab İohan Laner kəşf etmişdir. Sosisi kimlərin ixtira etdiyi barədə Frankfurt və Vyana şəhərləri arasında mübahisə olmuşdur. Frankfurtda sosis orta əsrlərdən hazırlanırdı. Vyana sosislərində çağdaş resept olan mal əti və donuz ətinin qarışığı işlənir. Sosis Alman mətbəxinin əsas tərkib hissələrindəndir.
Luz Noseda
Luz Noseda (ing. Luz Noceda) — Dana Terrasın yaratdığı "Bayquş evi" cizgi serialının baş qəhrəmanı. Sarah-Nicole Robies tərəfindən səsləndirilmişdir. == Yaranması == Serialın yaradıcısı Dana Terrasın dediyinə görə, Luz personajı onun otaq yoldaşı, dominikan əsilli hekayə rəssamı və serialın hazırlamasında iştirak edən Luz Batistanın adını daşıyır. == Xarakteri == Luz Noseda Konnektikutdakı uydurma qəsəbə olan Qreyvsfilddə (ing. Gravesfield) yaşayan Afro-Dominikan əsilli amerikalı 14 yaşlı qızdır. Terras Luzun Disney cizgi serialındakı ilk biseksual baş qəhrəman olduğunu bildirib. Serialın yaradıcısı həmçinin 2021-ci ilin aprelində Luzun neurodivergent olduğunu da qeyd etmişdir.Luz serialın birinci epizodunda anası tərəfindən yay düşərgəsinə göndərilir, o, burada təsadüfən evin içərisindəki keçid vasitəsilə Qaynamış adalara gedib çıxır. Bu sayədə o, ən yaxşı dostları, qoca ifritə İda və canavara bənzər iblis Kinq ilə tanış olur.
Şosedə hadisə (film, 1960)
== Məzmun == Film atasının "Pobeda" markalı maşınında öz dostları ilə əylənən, tüfeyli həyat keçirən, maşını dostları ilə məqsədsiz sağa-sola sürüb qəzaya uğrayan gənclərdən söhbət açır.