Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu. == Karyerası == 1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Kubik Rubik
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. == Tarixi == Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.
Rubik Kubu
Rubik kubu (danışıq variantı Kubik Rubik, ilk vaxtlar Sehrli kub kimi tanınırdı) — daha kiçik ölçülü 27 kubdan ibarət, xaricdən görünməyən oxlar ətrafında fırlana bilən plastmas kub. Hər bir tərəfdəki 9 kvadrat 6 rəngdən biri ilə boyanır. Adətən qarşı-qarşıya dayanan rənglər: ağ-sarı, göy-yaşıl, qırmızı-narıncı olur. Ümumilikdə 54 rəngli kvadratdan ibarətdir. Kubun tərəflərinin döngəsi rəngli kvadratları müxtəlif üsullarla düzməyə imkan yaradır. Oyunçunun vəzifəsi kubun tərəflərini fırladarkən onu elə bir vəziyyətə qaytarmaqdır ki, hər bir tərəf eyni rəngli kvadratlardan ibarət olsun. Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və arxitektura müəllimi Ernö Rubik tərəfindən ixtira edilmiş mexaniki tapmacadır. 1975-ci ildə HU170062 nömrəli Macar patentini alan Rubik beynəlxalq patent üçün müraciət etməyib. 1977-ci ilin sonunda ilk yoxlama istehsalı edilmiş və Budapeştdəki oyuncaq mağazalarına paylanılmışdır. Bu gün Rubik kubu və Ernö Rubikin digər tapmacalarının hüquqları Ernö Rubikin dostu – Tom Kremerin artıq 40 ildir ki, sahib olduğu Seven Towns Ltd.