Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stakkato
Stakkato (it. staccato — qırıq-qırıq, kəsik-kəsik; it. staccare — ayırmaq, qoparmaq) — musiqidə səslərin qısa, qırıq-qırıq ifa edilməsi. "Staccato" sözü ilə, yaxud notların altında və ya üstündə nöqtə qoyulmaqla işarə olunur.
Maskat
Maskat (ərəb. مسقط‎, ing. Muscat) — Omanın paytaxtı və ən böyük şəhəri. Maskat quberniyasının (mintaki) inzibati mərkəzi. 2010-cu il məlumatına görə əhalisi 650 min nəfərdir. == Coğrafiyası == Oman körfəzində yerləşir. Günəşli bölgə adlanan şəhərətrafı yaşayış məntəqələri ilə birlikdə ərazisi 1500 км². == İqtisadiyyatı == 1970-ci il modernləşdirilməsindən sonra şəhər infrastrukturu sürətlə inkişaf edir. Şəhər üç yerə bölünür : Qərbi Maskat, Mərkəzi Maskat və Şərqi Maskat.
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Tasat
Tatsat (yun. Τατζάτης), Tasat (erm. Տաճատ, translit. Tasat), və ya Tatsati (yun. Τατζάτιος) — erməni əsilli Bizans və Abbasi sərkərdəsi. O, 782-ci ildə dönəklik edərək Abbasilər xilafətinin tərəfinə keçmiş və Ərməniyyənin əmiri təyin olunmuşdur. == Həyatı == Tatsat erməni əsilli Andzevatsi zadəgan ailəsindən idi. Onun 750-ci illərdə Bizans imperiyasına gələrək imperator V Konstantinə (hak. 741–775) xidmət etməyə başladığı güman olunur. O, V Konstantinin hakimiyyəti dövründə türk əsilli bulqarlarla vuruşmuş, təqribən 760-cı ildə strateq vəzifəsinə yüksəlmişdir.
Şavkat Mirziyayev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şavkat Mirziyoyev
Şavkat Mirimanoviç Mirziyayev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d], Özbəkistan SSR, SSRİ) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). == Həyatı == Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyayev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyayev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyayev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Sakat (Bakalı)
Sakat (başq. Саҡат, rus. Сакатово) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Qamışlıtamak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı):23 km, kənd sovetliyindən (Qamışlıtamak) 2 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 56 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (40%), başqırdlar (57) üstünlük təşkil edir.
Maskat və Oman
Maskat və Oman Sultanlığı ( ərəb. سلطنة مسقط وعمان‎ </link> ), qısaca olaraq Maskat və Oman Dövləti kimi də tanınır ( ərəb. دولة مسقط وعمان‎ </link> ) Taymur bin Feysalın hakimiyyəti dövründə, 19-cu əsrin ikinci yarısı və 20-ci əsrdə indiki Oman Sultanlığını və indiki Birləşmiş Ərəb Əmirliklərinin və Pakistanın hissələrini əhatə edən suveren bir dövlət idi. Busəidlər sülaləsi tərəfindən idarə olunan bu, Oman İmperiyasının son hökmdarı Səid bin Sultanın ölümündən sonra parçalanması nəticəsində qurulmuşdur. Sultan Səid bin Taymurun oğlu Qabus bin Səidin lehinə dərhal devrilməsi ilə 23 iyul 1970-ci il saray çevrilişindən sonra Sultanlıq yeni idarəetmə formasına keçdi. == Adı == Oman (Oman imamlığı) sahilə çıxışı olmayan və paytaxtı Nizva şəhərində olan bölgənin daxili, kontinental hissəsidir. Maskat sahilyanı sultanlıqdır, hökmdarları əsasən dövləti gənişləndirmək ilə məşğul olmuşdular. Tarixi Maskat və Omanı Cəbəl-Əxdar ayırır. == İstinadlar == == Əlavə ədəbiyyat == William Smyth. "Oman".
Stanislava Staşa Zayoviç
Stanislava Staşa Zayoviç (serb. Stanislava Staša Zajović; 1953, Nikşiç) — feminist və publisist. Belqradda Qara paltarlı Qadınların həmtəsisçisi və koordinatoru. == Bioqrafiyası == O, Belqrad Universitetinin İspan və İtalyan dili fakültəsini bitirib və 1980-ci illərdə Belqradda feminist hərəkata qoşulub. Staşa Zayoviç küçə aksiyalarının təşkilindən tutmuş qaçqınlarla, qadınlarla və s. işlərə qədər bir çox feminist fəaliyyətlərdə iştirak edib. Qadınların Sülh Şəbəkəsi, Müharibəyə Qarşı Beynəlxalq Qadın Həmrəylik Şəbəkəsi/Qara geyimli Qadınlar Beynəlxalq Şəbəkəsi, Serbiyada Vicdanlı Rəylər və Militarizmə Qarşı Şəbəkə, Dünyəvi Dövlət Koalisiyası” və s. kimi bir neçə qadın şəbəkələrinin təşəbbüskarı olub. Qadın hüquqları, qadınların sülh siyasəti, millətlərarası və mədəniyyətlərarası həmrəylik, qadın və güc, qadınlar və antimilitarizm mövzularına həsr olunmuş çoxsaylı maarifləndirici tədbirlər təşkil etmişdir. Qara paltarlı Qadınlar şəbəkəsinin bütün dünyada genişlənməsində mühüm rol oynamışdır.