Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 812 s.
Stanislava Staşa Zayoviç
Stanislava Staşa Zayoviç (serb. Stanislava Staša Zajović; 1953, Nikşiç) — feminist və publisist. Belqradda Qara paltarlı Qadınların həmtəsisçisi və koordinatoru. O, Belqrad Universitetinin İspan və İtalyan dili fakültəsini bitirib və 1980-ci illərdə Belqradda feminist hərəkata qoşulub. Staşa Zayoviç küçə aksiyalarının təşkilindən tutmuş qaçqınlarla, qadınlarla və s. işlərə qədər bir çox feminist fəaliyyətlərdə iştirak edib. Qadınların Sülh Şəbəkəsi, Müharibəyə Qarşı Beynəlxalq Qadın Həmrəylik Şəbəkəsi/Qara geyimli Qadınlar Beynəlxalq Şəbəkəsi, Serbiyada Vicdanlı Rəylər və Militarizmə Qarşı Şəbəkə, Dünyəvi Dövlət Koalisiyası” və s. kimi bir neçə qadın şəbəkələrinin təşəbbüskarı olub. Qadın hüquqları, qadınların sülh siyasəti, millətlərarası və mədəniyyətlərarası həmrəylik, qadın və güc, qadınlar və antimilitarizm mövzularına həsr olunmuş çoxsaylı maarifləndirici tədbirlər təşkil etmişdir. Qara paltarlı Qadınlar şəbəkəsinin bütün dünyada genişlənməsində mühüm rol oynamışdır.