Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stolbçatı burnu
Stolbçatı burnu — Kunaşir adasının qərb sahillərində yerləşən burun. Federal bölgüyə görə Saxalin vilayəti Yujno-Kuril şəhər dairəsinə daxildir (Rusiya). Ancaq adaya Yaponiya iddia edərək onu Hokkaydo prefekturasının Nemuro dairəsi ərazisi hesab edir. == Təsviri == Stolbçatı burnu Mendeyeyev vulkanının lava axınları zamanı formalaşmışdır. Dalğaların eroziya fəaliyyəti isə ona əsrarəngiz görkəm vermişdir. Burada qayaların hündürlüyü 40-50 m arasında dəyişir. Qayalar Kunaşir boğazı daxilinə doğru uzanır. Suyun dağıdıcı fəaliyyəti isə sualtı daş «dirəkləri» əmələ gətirir. == Turizm == Unikalığı və əsrarəngizliyinə görə burun turistlər arasında tanınır. Kuril qoruğu adminiostrasoyası tərəfindən buruna Stolbçatı ekoloji cığırı adlı turlar təşkil edilir.