Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stasi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. == Tarixi == Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Nikola Stoşiç
Nikola Stoşiç (29 yanvar 2000-ci ildə Serbiyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Serbiyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Stoşiç Red Bull Zalsburq akademiyası vasitəsilə inkişaf etmişdir. Stoşiç 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 19 oktyabr 2016-cı ildə Vardar U-19 komandasına qarşı oyunda etmişdir. O, 73-cü dəqiqədə İqoru əvəz etmiş və komandası 3-0 hesabı ilə qalib gəlmişdir. Stoşiç öz peşəkar karyerasında debütünü 20 aprel 2018-ci ildə Vattens klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. O, karyerasında ilk qolunu 27 iyul 2018-ci ildə Horn klubuna qarşı oyunda vurmuşdur. O, 88-ci dəqiqədə qolla yadda qalmış və komandası rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.
Starıy Krım
Starıy Krım' — Keçmiş zamanlarda qədim Kafa şəhərinə yaxın Çürük Su çayı üstündə məşhur moğal-türk şəhəri Kırım Kirman (yəni Kırım qalası) yerləşirdi. Indiki Kırım ölkəsinin adının da vaxtilə bu məntəqənin adından yarandığı söylənilir. Övliya Çələbi də "eski taxt mərkəzi" Əski Kırım şəhərinin lap əvvəlki adının Kırım Kirman olduğunu yazır. Kırımın tam istilasından sonra 1784-cü ildə Əski Kırım şəhərinin də adı rus dilinə tərcümə olunaraq Starıy Kırım adlanmışdır.1. Şəhərin mərkəzində mərmərdən məscdi və digər ictimai binalar, xüsusən məktəb səyyahların heyrətinə səbəb olurdu. Övliya Çələbi də həmin heyrətlə bu şəhərə sığışan, lakin hər hansı bir vilayətə, ölkəyə süs verə biləcək zəngin imarətləri — əsərləri, abidələri sadaladıqca insan bunların indi xarabalıqlar yox, mədəni və ehtişamlı şəhərlər olduğunu güman edir. Odur ki, səyyah dərhal təəssüratlarını təbiilik, həqiqilik qiyafəsinə salaraq yazır: əgər məndən yazdığım bu qədər əsər və binaları bəs nerədən bulub yaza bildin?-deyə sorsalar, "hələ də burada yüz minlərlə əsər – bina, qübbələr durmaqdadır. Kırım şəhərinin qapısının iç üzündə Mengli Gəray xan camisinin yanında bulunan yüksək mərmər sütun üzərində Kırımın bütün imarətləri, vəqf edilmiş əsərlərin və sahiblərinin isimlərini də yazmışlar,-deyərək cavab verərəm.2."Vaxtilə Əski Kırımda möhtəşəm Özbək xan məscidi (XIV), Baybars məscidi (XIII), Ətirli məscid (XIV), Kurşun caminin bu gün xarabalıqları belə insanı heyrətə salmaqdadır. İstilalar nəticəsində dağıdılmış şəhərin fəlakətini böyük rus tarixçisi Karamzin "allahın bəlasına tuş oldu,"-deyə xəbər verir. Böyük tarixçi hər halda xalq rəvayətlərindən bolluca bəhrələnərək: Kırım əhalisi həm varlı, həm də xəsis idilər; kasıba əl tutmazdılar.
Starıy Oskol
Starı Oskol — Rusiya Federasiyasında yerləşən şəhər Belqorod vilayətinə daxildir
Stasis Şalkauskis
Stasis Şalkauskis (lit. Stasys Šalkauskis; 16 may 1886 – 4 dekabr 1941, Şyaulyay) — Litva filosofu və müəllimi, professor, fəlsəfə doktoru, Kaunasdakı Böyük Vitovt Universitetinin rektoru. == Bioqrafiya == Stasis ŞalkauskisŞavelski adına kişi gimnaziyasını bitirib. Sonra 1905-1911-ci illərdə Moskva İmperator Universitetində hüquq və iqtisadiyyat üzrə təhsil alıb. Moskvada olduğu müddətdə o, Litva Tələbə Cəmiyyətinin fəaliyyətində iştirak etmiş, 1907-1908-ci illərdə orada bir neçə esse oxumuş, burada “litvalı tələbələrin münasibət və ideallarına dair ümumi tənqidi” çıxış etmişdir. O, litvalı tələbələrin əksəriyyətinin inqilabi və nihilist əhval-ruhiyyəsini dəstəkləmirdi. Səhhətinə görə 1908-ci ildən Səmərqənddə yaşayırdı - zəif ciyərlərini gücləndirmək üçün ona isti iqlim lazım idi. Orada Şalkauskis də imtahanlara hazırlaşırdı. 1910-cu ilin aprelində imtahan vermək üçün Moskvaya qayıtdı və bir ilə yaxın orada qaldı. Moskvada olduğu müddətdə o, Rusiya Tanrıpərəstliyinin mərkəzi olan Dini və Fəlsəfi Görüşlərdə iştirak etmişdir.