Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Strelna
Strelna (rus. Стрельна, alm. Strelne‎) — Rusiya ərazisində yerləşən qəsəbə. Strelna federal əhəmiyyətli Petrodvorets rayonunun bir hissəsi sayılır. Şəhər Fin körfəzinin sahilində, Strelka və Kikenka çaylarının sahilində yerləşir. 2002-ci ilin əhalinin siyahıya alınmasına görə qəsəbədə 12 751 nəfərin, 2010-cu ildə isə cəmi 12 452 nəfərin yaşadığı müəyyən olunmuşdu. Strelnanın mərkəzindən Peterhof yolu keçir, həmin yolda Sankt-Peterburq tramvayının 36 nömrəli marşrutunun son dayanacağı yerləşir. Hazırkı tramvay yolu, Rusiya imperiyasının şəhərətrafı qatarları birləşdirilməsi məqsədilə tərtib etdiyi ilk layihə, yəni ORANEL adlı unikal nəqliyyat xəttinin mirası hesab olunur. Həmçinin qəsəbənin mərkəzindən Oktyabr dəmir yolunun Baltik xətti keçir və buradakı stansiyada şəhərətrafı istiqamətlərə gedən qatarlar dayanır. 1500-cü ilin qeydiyyat sənədlərində Strelna kiçik kənd kimi qeyd edilir, Stolbovo sülh müqaviləsindən sonra həmin ərazilər İsveçin tərkibinə qatılır və 1630-cu illərdə İsveç siyasi xadimi İohann Şütte Strallın Hoffdakı mülkləri arasında qeyd edilir.
Yolüstü saray (Strelna)
I Pyotrun Yolüstü sarayı (rus. Путевой дворец Петра I) — Peterburqun şəhərətrafı sayılan Strelna qəsəbəsində yerləşən saray. Bura Pyotrun zamanından günümüzə kimi qorunub saxlanılmış ən erkən tikililərdən biridir. Saray Fin körfəzinin sahilində, Neva buxtasının cənub hissəsində, buzlaqların çəkilməsindən sonra qalan təpənin üzərində yerləşir və çoxlu yarğan və Strelka çayı ilə əhatə olunur. Ölçü və dekorativ tərtibatına görə sadə olan taxta saray, imperatorun Sankt-Peterburqdan tikilən Kronştadt şəhərinə müntəzəm səfərləri zamanı dayanacaq və istirahəti üçün nəzərdə tutulmuşdur. Sarayın tikinti işləri 1716-cı ildə başlamışdı (başqa bir versiyaya əsasən 1710—1711-ci illərdə). Sarayın ilkin memarı məlum deyil. Özünün "Şimal Versaliyası" sayılan Peterhofla məşğul olan Pyotr, Strelna qəsəbəsinə marağını azaltmışdı. Buna baxmayaraq, onun əmri ilə 1719-1720-ci illərdə ev yenidən qurulmuş və genişləndirilmişdir. Tezliklə məlum oldu ki, ətrafda böyük miqdarda suyun olmasına baxmayaraq (Kikenka və Strelka çayları), Pyotrun Versala bənzər, böyük fəvvarə və kaskadlarla dolu park ansamblının yaradılması mümkün deyil.