Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Troyka (at qoşqusu)
Troyka (at qoşqusu) Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir. == Tarixi == Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi.
Troyka (nəqliyyat kartı)
Şatrovka
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Stoya
Stoya (15 iyun 1986, Uilminqton[d], Şimali Karolina) — serb və şotland əsilli ABŞ pornoaktrisası. "Stoya" onun ləqəbidir. "Stoya" ləqəbini pornofilmlərdə istifadə edir. Bu ad onun nənəsinin soyadının kiçildilmiş variantıdır. Əsl adı isə Cessika Stoyadinoviçdir. == Həyatı == 15 iyun 1986-cı ildə doğulub.
Troya
Troya — Eradan 300 il əvvəl mövcud olmuş şəhər. Türkiyənin indiki Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi sahillərində möhkəm qala divarları ilə əhatə olunmuş Troya tarixin ən qədim şəhəridir. Onun haqqında məlumat ilk dəfə olaraq Homerin "İlliada" əsərində verilir. Lakin onun doğru olduğunu Almaniya səyyahları kəşf etmişlər. Ordakı informasiyalara əsasən Troya Yunanıstan xalqları, Aqamemnon başda olmaqla məhv edilib. Troyanın şahı Pryam, onun övladları Hektor və Paris də bu döyüşdə həlak olublar. == Tarixi == Troya daim qızılla zəngin bir şəhər olub. O həm də Asiyada ən strateji mövqedə – Bosfor boğazının girişində idi. Onlar gəmilərdən vergi toplayaraq zənginləşmişdi. Həm də burada tacirlər üçün gözəl ticarət şəraiti var idi.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Troya atı
Troya atı — müharibədə qalib gəlmək və Troya şəhərinə daxil olmaq üçün yunanlar tərəfindən istifadə edilmiş hiylə haqqında Troya müharibəsi əfsanəsi adlanırdı.10 illik nəticəsiz müharibədən sonra yunanlar böyük taxta at düzəldirlər və içərisində seçilmiş əsgərləri gizlədirlər. Yunanlar hiyləgərlik edərək özlərini elə göstərdilər ki, guya Troyalılara qələbə kuboku kimi at hədiyyə edirlər. Həmin gecə yunan qüvvələri atdan çıxıb ordunun daxil olması üçün qapıları açdılar. Yunanlar şəhərə daxil oldular və dağıntılar törətdilər. == Mənası == Yunanlar Troyanı ələ keçirmək üçün hiyləgər Odisseyin məsləhəti ilə taxtadan nəhəng at düzəldib, bir dəstə döyüşçünü bu atın içində gizləyir, özləri yaxınlıqdakı adaya gedirlər. Troyalılar atı dartıb şəhərə aparırlar. Gecə yunan döyüşçüləri atın içindən çıxıb yuxulu troyalılara hücum edirlər; yaxından adadan gizlincə qayıdan digər yunan döyüşçüləri də şəhərə soxulurlar. Yunanlar kişiləri qırıb, qadın və uşaqları əsir tutub, şəhəri qarət edərək yandırırlar. Onlar çoxlu qənimət ilə Yunanıstana qayıdırlar. Buradan Troya atı ifadəsi əmələ gəlmişdir; bu ifadənin mənası ele bir hədiyyə deməkdir ki, bu hədiyyə onu qəbul edən üçün təhlükəlidir.
Troya muzeyi
Troya muzeyi (türk. Troya müzesi) – Türkiyənin şimal-şərqin yerləşən qədim Troya şəhərinin arxeoloji bölgəsini əhatə edən muzey. Muzey 2018-ci ildə açılmışdır və müasir memarlıq üslubunda tikilmiş binada yerləşir. Muzey yeddi bölmədən ibarətdir və burada Troya, eləcə də, yaxınlıqda yerləşən qədim şəhərlərdən olan artifaktlar sərgilənir. Direktor Rıdvan Gölcükdür. Muzey 2020-ci ildə Avropada İlin Muzeyi mükafatının xüsusi kateqoriyasının qalibi olmuş, eləcə də, Avropa Muzey Akademiyasının xüsusi mükafatına layiq görülmüşdür. == Muzey binası == Muzey binası Troya şəhərinin ərazisinin 800 metr şərqində – Tevfikiye kəndində yerləşir. Muzey binası üçün elan edilmiş dizayn müsabiqəsinin qalibi 2011-ci ildə "Yalın Mimarlık" şirkəti olmuşdur. Şirkətin dizayn etdiyi bina müasir memarlıq üslubundadır. Tikinti işləri 2013-cü ildə başlamış, 2015-ci ildə dayanmış, lakin 2017-ci ildə davam etmişdir.
Troya müharibəsi
Troya müharibəsi - E.ə 1193-1183 -cü illərdə Kiçik Asiyanın qərb sahillərində baş vermişdir. Yunan mifologiyasına əsasən hələ Homer eposuna qədər mövcud olmuş hadisədir. Mifologiyaya görə Troya şahzadəsi Paris öz gözəlliyi ilə məşhur olan Sparta çariçası Yelenanı qaçırdır. Qisas almaq üçün Axeylilər qoşun toplayaraq, böyük bir donamna ilə Troyaya hücuma keçirlər. On illik müharibədə çox itkilər verilir. Nəticə etibarilə Troya bir hiylənin qurbanına çevrilərək süqut edir. Troya şəhərində vətəndaş müharibəsi zamanı afinalılar tryolalıları məğlub etmiş və onları özlərinə tam tabe etmək üçün torpaqlarını duzlamışdır. Bununla da şəhərdə aclıq səfalət hökm sürmüşdür. Bir çox epik şairlər bu müharibəni əsərlərində əks etdirmişdirlər. E.ə.
Troya qazıntıları
Troya qazıntıları- Henrix Şliman Troya müharibəsinin qəhrəmanlarından olan Aqamemnonun qəbrini axtarmaq üçün Mikenaya yollanır. Mikenadan sonra Dardanel ətrafı ərazilərdə axtarışlara başlayır. Bu vaxt Troyanın axtarışları haqqında sərt tənqidlər və gərgin müzakirələr mövcud idi. Bəziləri şəhərin keçmiş Brunabaşi bölgəsində olduğunu iddia edirdi. Bir çoxları Troyanı Qıssarlıq təpəsinin yerində axtarmağı təklif etdilər. Şliman isə hər iki variantı dəyərləndirmək qərarına gəlir. Səfərinin nəticələrini ilk elmi-arxeoloji işi olan “İtaka, Peloponnes və Troya” kitabında əks etdirir. Kitab 1869-cu ildə nəşr olunub. O, öz vətənində, Meklenburq şəhərindəki Rostok Universitetinə tapıntıları tədqim edir. Yerli professorlar Şlimanın elmi işini təsdiqləyərək ona doktor adı verirlər.
Troya unsiyası
Troya unsiyası (ing. troy ounce) — 31,1034768 qrama bərabər olan kütlə vahidi. == Əsas məlumat == İngilis dilindəki troy ounce, troy weight terminləri ehtimal ki, Fransadakı Trua şəhərinin (fr. Troyes) adından götürülüb. Orta əsrlərdə Trua mühüm beynəlxalq ticarət mərkəzi və məşhur şampan yarmarkalarına ev sahibliyi edən şəhərlərdən biri olub və orada məhz həmin miqdarda unsiyanın tətbiq olunduğu güman edilir. Müasir dünyada bir troya unsiyası bank işində, qiymətli metalların kütləsini ifadə etmək üçün zərgərlikdə, eləcə də bəzi digər sahələrdə, məsələn, kosmetikada xüsusilə qiymətli maddələrin kütləsini ifadə etmək üçün geniş istifadə olunur. Qızıl, gümüş, platin və palladiumun troya unsiyası ilə beynəlxalq ifadəsi, müvafiq olaraq XAU, XAG, XPT və XPD-dir. İnvestisiya sikkələrinin kütləsi çox vaxt bir troya unsiyasının hissələri ilə göstərilir. == Troya kütlə sistemi == İngilis qızıl funtu (və ya troya funtu, ing. troy pound) 12 troya unsiyasına və ya 373,2417216 qrama bərabərdir.
Troya (film, 2004)
Troya — 2004-cü ildə baş rolu Bred Pittin oynadığı Hollivud filmi. Filmin rejissoru Volfqanq Petersondur. Filmin çəkilişinə 175 milyon ABŞ dolları sərf olunub. Lakin 497 milyon 409 min 852 ABŞ dolları xeyir gətirib. == Məzmun == Köhnə Yunanıstanda Troya Şahzadəsi Paris və Sparta Kraliçası Helen arasındakı eşq nəticəsində iki ölkə arasında müharibə baş vermişdir. Helenanın əri Kral Menelaus çox əsəbiləşmişdir. İntiqam almaq istəyən Menelaus, qardaşı Mikene Kralı Agamemnonun da köməyi ilə Troyaya hücüm edir. Agamemnonun əsl məqsədi Egey dənizini ələ keçirməkdir. Lakin Troyanı ələ keçirmək asan deyil. Tarix boyunca heç bir ordu Troya divarlarını aşa bilməmişdir.
Troya: Şəhərin süqutu (miniserial, 2018)
Troya: Şəhərin süqutu (ing. Troy: Fall of a City) — Troya müharibəsindən, həmçinin Paris və Yelenanın sevgisindən bəhs edən Böyük Britaniya-ABŞ mini-serialıdır. BBC One telekanalının sifarişi ilə çəkilmiş teleserialın prodüsserliyi BBC One və Netflix tərəfindən həyata keçirilmiş, yayımına isə 17 fevral 2018-ci ildən Böyük Britaniyada BBC One telekanalında, NEtflix isə digər ərazilərdə başlamışdır. == Rollarda == Lui Hanter - Paris Bella Dayne - Troyalı Yelena Devid Srelfall - Priam Frensis O'Konnor - Hekuba Tom Veston-Cons - Hektor Cozef Mavl - Odissey Xloya Pirri - Andromaxa Conni Harris - Aqamemnon Devid Qiyasi - Axilles Conas Armstronq - Menelay Alfred Enox - Eney Eymi-Ffion Edvards - Kassandra Hakim Kae-Kazım - Zevs Kris Fişer - Deifob Kristian Şumbi - Troil Aleks Lanipekun - Pandar Conatan Pinaar - Litos Devid Averi - Ksantias Leks Kinq - Afrodita Emi Luis Vilson - Briseida İndci Bekmann - Hera Şamila Miller - Afina Diarmeyd Murtaq - Hermes Tando Hopa - Artemida Nina Milner - Pentesileya Qreys Hoqq-Robinson - Hermiona == İstehsalı == Əsas çəkilişləri Keyptaunda aparılmış teleserial səkkiz seriyadan ibarətdir. Seriyalar Devid Farr, Nensi Harris, Mika Vatkins və Co Barton tərəfindən yazılmış ssenari əsasında Oven Harris və Mark Brozelin rejissorluğu ilə çəkilmişdir. == İstinadlar == == Xarici keçidlər == Troy: Fall of a City — Internet Movie Database saytında.