Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Struvea
Torreya (lat. Torreya) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Caryotaxus Zucc. ex Henkel & W.Hochst. Foetataxus J.Nelson Struvea Rchb. Tumion Raf.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Struma faciəsi
Struma faciəsi və ya Struma hadisəsi — İkinci dünya müharibəsi zamanı yəhudiləri Fələstinə aparan Struma gəmisinin SSRİ sualtı qayığı tərəfindən batırılması ilə nəticələnən hadisə. 1940-cı ildə almanlar Balkan yarımadasına çatmışdılar. Nasistlər yəhudilərə qoyduqları sanksiyaları müttəfiqləri Rumıniyada da tədbiq edirdilər. 1941-ci ildə Rumıniyanın Yaş şəhərində 4000 yəhudinin öldürülməsinin ardından yəhudilərin Fələstinə köçməkdən başqa çarələri qalmamışdı. Türkiyə sularından istifadə edərək Fələstinə qaçmaq qərarına gələn bir çox intellektual və varlı yəhudilər topladıqları pul ilə Struma adlı 1830 model bir motora sahib, 46 metrəlik kömür gəmisi kirayəyə aldılar. Struma bolqar gəmisi idi. 12 dekabr 1941-ci ildə Rumıniyanın Köstence limanından təqribən 790 səyahətçi və 10 dənizçi ilə qalxan Strumanın motoru İstanbula çatmadan açıq dənizdə xarab oldu. Sərnişinlər topladıqları pulla yaxınlıqdan keçdikləri gəmi tərəfindən motoru təmir etdirdilər. Gəmi ikinci bu cür hadisə ilə üzləşincə 15 dekabr 1941-ci ildə İstanbul boğazında, Sarayburnuda dayandı. Almaniyanın İstanbuldaki səfirliyi gəmi sərnişinlərinin yoluxucu xəstəliyə sahib olduqlarını bildirdi və onların sahilə çıxmaması üçün təzyiq göstərdi.
Struma hadisəsi
Struma hadisəsi və ya Struma Faciəsi, İkinci dünya müharibəsi dövründə Nasistlərdən qaçmağa çalışan yəhudiləri Fələstinə aparmaq üçün Rumıniyadan yola çıxan Struma gəmisinin İstanbul sahillərində SSRİ mənşəli sualtı qayıq tərəfindən batırılmasıdır.
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Troyka laundromatı
Troyka laundromatı və ya "ŪkioLeaks" — Rusiyanın keçmiş ən böyük investisiya bankı olan "Troika Dialoq" tərəfindən təşkil edilən çirkli pulların yuyulması sxemi. Bu sxem 2003-cü ildən 2013-cü ilin əvvəlinə qədər Rusiya şirkətləri və rəqəmlərindən təxminən 4,8 milyard dollar vəsaitin Avropa və ABŞ-yə axınına imkan vermişdir. Troyka laundromatı 2019-cu ildə Avropa, Şimali Amerika və Cənubi Koreyadan olan 21 media partnyoru ilə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsi (OCCRP) tərəfindən aşkar edilmişdir. Sxem OCCRP və 20 media partnyoru, o cümlədən 15min.lt. tərəfindən toplanmış çoxlu əməliyyatlar və digər sənədlərdə aşkar edilmişdir. Tapıntılar bank qeydlərinin, e-poçt məktublarının və müqavilələrin kütləvi ən böyük sızmalarından biri hesab edilir. Araşdırmaçı jurnalistlər 2006–2012-ci illər arasında 233,000 şirkət və fiziki şəxs arasında ümumi dəyəri 470 milyard ABŞ dollarından çox olan 1.3 milyon bank əməliyyatını nəzərdən keçirmişdilər. 2006-cı ilin dekabrından 2008-ci ilin fevralına qədər avstriyalı hüquqşünas Erix Rebasso Litvanın "Ukio Bankas" bankındakı laundromat hesablarına demək olar ki, 96 milyon ABŞ dolları göndərmək üçün 150 fərdi əməliyyatdan istifadə etmişdir 2008-ci ildə Rebasso ölkənin ən yüksək hüquq-mühafizə orqanı olan Federal Cinayət Polisinin əsas Vyana qərargahına məktub göndərmişdir. O, beş səhifəlik məktubunda cinayət məqsədləri üçün istifadə edildiyini etiraf etmiş və məsələni lazımi cinayət araşdırmasına təqdim etməyə hazır olduğunu bildirmişdir. Rebassonun etiraf məktubu çox az təsir etmişdir.
Belka və Strelka
Belka və Strelka — kosmonavt-itlər. 19 avqust 1960-cı ildə Sputnik 5 kosmik gəmisində kosmosa uçmuşlar. Missiyanın məqsədi orqanizmlərin kosmosun çəkisizlik şəraitinə reaksiyalarını yoxlamaq idi. Onları 42 siçan, boz dovşan, iki siçovul, milçək və bir neçə bitki və göbələk müşayiət edirdi. Sputnik 5 Yer ətrafında 17 dövr edib və orbitdə 27 saat olub. Onlar Yer kürəsinin orbitinə çıxan və sağ-salamat qayıdan ilk yerdə doğulmuş canlılar idi. Strelka yer əsaslı kosmos təcrübələrində iştirak edən lakin heç vaxt kosmosda olmayan Puşok adlı erkək itdən altı bala sahibi oldu. Balalardan birinə Puşinka (rus. Пушинка) adı verildi və 1961-ci ildə Nikita Xruşşov tərəfindən prezident Con Kennediyə hədiyyə edildi. == İrsi == 2010-cu ildə Belka və Strelka: Ulduz İtlər adlı rus bədii cizgi filmi buraxıldı.
Troyka (at qoşqusu)
Troyka (at qoşqusu) Troyka, köhnə rus at qoşqusudur. Troyka uzaq məsafəni sürətlə qət etmək üçün hazırlanmışdır. Bu, dünyada fərqli qaçışlara malik atların bağlandığı yeganə qoşqudur. Kök atı - mərkəzi at - sürətli, dəqiq yorğa qaçışla getməlidir, bağlanan atlar - yan tərəfdəki atlar - dördayaq qaçışla qaçmalıdır. Bu zaman sürət yüksələrək 45-50 km/saata çatır. Troykanın mexanizmi ondan ibarətdir ki, mərkəzdəki geniş, yorğa qaçışla qaçan atı, yandakı ona bərkidilmiş dördayaq qaçışla qaçan atlar sanki öz üzərində daşıyırlar. Bu, hər üç atın daha az yorulmasına, lakin yüksək sürəti saxlamasına imkan verir. Rus tarixi boyunca, demək olar ki, "Çar" dan, yəni imperatordan, Sibirdəki kəndlilərə qədər hər kəs troykadan istifadə edirdi və onun hazırlandığı ağacın növü, bəzəyinin çoxluğu sahibinin maliyyə gücünü göstərirdi. Çar, qoşquları daş-qaşlarla, taxta hissəsi qızıl naxışlarla bəzədilmiş troykalarda gəzərkən, zadəganlar və varlılar nisbətən ucuz daşlarla bəzədilmiş troykalardan istifadə edirdilər və sadə insanların troykası son dərəcə adi olardı. Üstəlik yol getməyə yararsız olar, təkərlər kirşə ilə əvəz edilənədək işləyərdi.
Troyka (nəqliyyat kartı)