Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüleniy
Tüleniy — Xəzər dənizində Dağıstana məxsus ada. Suyatkin burnundan 30 km şimal-şərqdə yerləşir. Uzunluğu 8 km, eni 6 km təşkil edir. XX əsrin 50-ci illərində ada qəsəbə mövcud olmuşdur. Burada zavod, məktəb və klub binalarının qalıqları hal-hazırda qalır. Əsasən insanlar həyət evlərində yaşayırdılar. İnsanların adanı tərk etməsinin səbəbi hələdə dəqiq məlum deyil. Belə bir rəvayət var ki, 50-ci illərdə ada sahillərində soyuq küləklər baş vermişdir. Bunun nəticəsində isə insanların yaşadığı evləri su basmışdır. Havanın sərt və şaxtalı olması səbəbindən ada sakinlərinə kömək geçikmişdir.
Microsoft Student
Microsoft Student — Microsoft şirkəti tərəfindən yaradılan proqramdır. Əsas tələbələr və məktəbdə oxuyan uşaqlar üçün nəzərdə tutulub. Proqram Microsoftun yaratdığı Office proqramlarıyla inteqrasiya edib. MS Student Encarta proqram-ensiklopediya istifadəsiylə yaradılıb. Proqramda Microsoftun MS Math, on-line Encarta və digər proglar istifadə olunub. Hal-hazırda bağlanıb. Şirkət tərəfindən açıqlamada deyildi ki, bağlanmasına əsas səbəb — yerləşdirilmiş informasiyaya tələbatın az olmasıdır. Əsas rəqibi Vikipediyadır.
Studena burnu
Studena burnu (bolq. нос Студена, ‘Nos Studena’ \'nos stu-'de-na\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Dalçev buxtasından qərbdə yerləşmişdir. Kleptuza buzlağından qərbdə, Altimir buzlağından şərqdə yerləşmişdir. Burun qərbi və cənubi Bolqarıstanda yerləşən Studena şəhərinin adını daşıyır. Dralfa burnundan 13.72 km cənub-qərbdə, Andruys burnundan 15.55 km cənub-qərbdə, Predel burnundan 3.77 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.